. Love.az

Mirfazil Mirmovsumov - Wikipedia - Love.az

Ana Səhifə - Mirfazil Mirmovsumov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Mirfazil Mirhüseyin oğlu Mirmövsümov (d. 1907, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası – ö. 23 aprel 1942, Xrestise, Ukrayna SSR, SSRİ) — Azərbaycan fotoqrafı və fotojurnalisti.[1]

Mirfazil Mirmövsümov
Mirfazil Mirhüseyin oğlu Mirmövsümov
Doğum tarixi 1907
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 23 aprel 1942
Vəfat yeri Xrestise, Ukrayna SSR, SSRİ

Həyatı

redaktə

1907-ci ildə Bakı şəhərində anadan olmuşdur, keçmiş 1 May küçəsi, dalan 5, mənzil 3-də yaşamışdır. 9 yaşında olanda atası vəfat etmiş, anasınm himayəsi altında böyümüşdür. 1931-ci ildə Rəhimə xanımla ailə həyatı qurmuş və üç qız (Səkinə, Rəfiqə və Almas) atası olmuşdur. Ailəsini dolandırmaq üçün fotomüxbir kimi işləmiş və müxtəlif dövrü mətbuatda şəkilləri çap olunmuşdur. 1936-cı ildən Azərfilmdə işləmişdir.

Böyük Vətən müharibəsi başlayanda müharibəyə getmiş və geri qayıtmamışdır. 1942-ci il 23 aprel tarixində Ukraynanın Slavyansk vilayətinin Xrestise kəndində qardaşlıq məzarında dəfn olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ "Mirfazil Mirmövsümov". photographer.az/. photographer.az/. 10 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirfazil_Mirmövsümov&oldid=6669755"
LOVE.AZ