. Love.az

Mirismayil Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Mirismayil Eliyev

Mirismayıl Mirəli oğlu Əliyev (1941, Dəstə, Ordubad rayonu) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri (1990–1991).

Mirismayıl Əliyev
Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri
1990 – 1991
Şəxsi məlumatlar
Doğum tarixi 1941
Doğum yeri
  • Dəstə, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (–1991)
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (–1965)
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni

Həyatı

redaktə

Mirismayıl Mirəli oğlu Əliyev 1941-ci ildə Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra "Lenin" adına sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1961-ci ildə Bakı Kənd Təsərrüfatı Texnikumunu, 1965-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun İnşaat mühəndisliyi fakültəsini bitirmişdir. 1966-cı ildən "Azneft" İstehsalat Birliyinin Təmir-Tikinti Təsərrüfatı 3 №-li Tikinti Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin 5№-li trestində baş mühəndis, 1971-ci ildən isə 3 №-li trestdə idarə rəisi işləmişdir.[1]

Mirismayıl Əliyev 1978-ci ildən Lenin Rayon XDS İK-nin, 1983-cü ildən Oktyabr Rayon XDS İK-nin, 1985-ci ildən Lenin Rayon XDS-nin sədri olmuş, 1988–1989-cu illərdə Bakı Şəhər Xalq Deputatları Soveti Baş Mənzil İdarəsi Tikinti Trestinin müdiri, 1990–1991-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri vəzifələrində çalışmışdır. 1991-ci ildə Azərbaycan Respublikasının Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini təyin edilmiş, 1997-ci ildən "BP Xin-Plast" şirkətinin direktoru olmuşdur.[1]

Mirismayıl Əliyev XII çağırış Azərbaycan Ali Sovetinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir.[1] Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının üzvü olmuşdur.[2] "Lenin" ordeni və medallarla ilə təltif edilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Əliyev Mirismayıl Mirəli oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 451–452.
  2. ↑ "Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının təşkili barəsində Azərbaycan Respublikası Ali Sovetinin Qərarı". e-qanun.az. 1991-02-07. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirismayıl_Əliyev&oldid=7706032"
LOVE.AZ