. Love.az

Mirmovsum Abbasov - Wikipedia - Love.az

Ana Səhifə - Mirmovsum Abbasov

Mirmövsüm Abbasov (3 oktyabr 1955, Qubaxəlilli, İsmayıllı rayonu – 22 aprel 2010) — Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı[1]

Mirmövsüm Abbasov
Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı
12 noyabr 2000 – 25 iyul 2002
Şəxsi məlumatlar
Doğum tarixi 3 oktyabr 1955(1955-10-03)
Doğum yeri
  • Qubaxəlilli, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 aprel 2010(2010-04-22) (54 yaşında)
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
  • Azərbaycan Dövlət Aqrar Universiteti,
  • Bakı Ali Partiya Məktəbi
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

1955-ci il oktyabrın 3-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrarsənaye kompleksinin iqtisadiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus dilini bilir. Evlidir, 2 övladı var. 22 aprel 2010-cu ildə vəfat etmişdir.

Siyasi fəaliyyəti

redaktə

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədridir. 2000-ci il noyabrın 5-də 69 saylı İsmayıllı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.

M. K. Abbasovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı № 994 Bakı şəhəri, 25 iyul 2002-ci il Mirmövsüm Kamil oğlu Abbasov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İstinadlar

redaktə
  1. ↑ İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirmövsüm_Abbasov&oldid=7774021"
LOVE.AZ