Mirna Yukiç (xorv. Mirna Yukiç) — xorvat əsilli keçmiş Avstriya üzgüçüsü. Dünya çempionatlarında bürünc medallar qazanmışdır. O, keçmiş basketbolçu və atası olan Jelyko Yukiç ilə məşq etmişdir. Avropa və dünyada bir çox uğurlar qazanmışdır.
Mirna Yukiç | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (39 yaş) |
Doğum yeri |
Novi Sad, ![]() |
Boyu | 178 sm |
Çəkisi | 68 kq |
Karyera | |
Üzmə texnikası | Brass |
Milli komanda |
![]() |
Məşqçisi | Jelyko Yukiç |
Mirna Yukiç Novi Sad şəhərində (Serbiya) anadan olmuşdur və Xorvatiyanın Vukovar şəhərində böyümüşdür. 1991-ci ilin noyabrında ailəsi ilə birlikdə Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə köçmüşdür. Atası 1996-cı ildə Mladost idman cəmiyyətində ona məşqlər keçməyə başlamışdır. İlk vaxtlar birlikdə məşq etdiyi qardaşı Dinko Yukiç də beynəlxalq yarışlarda yarışan üzgüçü olmuşdur. 1999-cu ilin payızında ailəsi Vyana şəhərinə köçmüşdür və həmin il Mirna Avstriya vətəndaşlığını qəbul etmişdir. Valideynləri Xorvatiya vətəndaşlıqlarında qalsalar da, qardaşı 2000-ci ildə Avstriya vətəndaşı olmuşdur.[1]
2008-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında 100 metr məsafəni brass üsulu ilə 1:07.34 müddətə üzərək bürünc medal qazanmış, eləcə də, 200 metrlik yarışmada da çıxış etmişdir. 2009-cu ildə keçirilən dünya çempionatında 200 metrlik məsafəni 2:21.97 müddətə üzərək bürünc medalın sahibi olmuşdur.
2004 və 2008-ci il Yay Olimpiya Oyunları üçün Mirna olimpiya üzgüçüləri oğul Qeri Holl və ata Qeri Holl tərəfindən qurulmuş "Yarış" üzgüçülük klubunda məşq etmişdir. "Dünya komandası" kimi tanınan "Yarış" klubu 2000-ci il Yay Olimpiya Oyunları üçün dünyanın elit üzgüçülərinin məşq etməsi üçün yaradılmışdır. "Yarış" klubunda məşq edə bilmək üçün üzgüçü həm son 3 təqvim ilində dünya reytinqində ilk 20-liyə daxil olmalı, həm də öz ölkəsinin son 1 təqvim ilində top-3 üzgüçüsündən biri olmalıdır. "Yarış" klubunda Roland Şeman, Mark Foster, Rik Nitlinq, Rikardo Buskets, Tereza Alsxammar kimi üzgüçülər çıxış etmişdir.[2]
2010-cu ilin yanvarında Mirka Yukiç Qraz şəhərində keçirilən 2010 Avropa Kişilərarası Həndbol Çempionatında Xorvatiya komandasının aparıcısı olmuşdur.[3]
Vikianbarda Mirna Yukiç ilə əlaqəli mediafayllar var. |