. Love.az

Mirze Sirin Bey Heyderxanov - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Sirin Bey Heyderxanov


Heydərxanov Mirzə Şirin bəy Sədrəddin bəy oğlu-(1822-?), Qarabağ bəyi, katib, mülkədar

Mirzə Şirin bəy Heydərxanov
Heydərxanov Mirzə Şirin bəy Sədrəddin bəy oğlu
Doğum tarixi 1822
Doğum yeri Şuşa

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Sədrəddin bəyin dördüncü oğlu Şirin bəy 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.

Mirzə Şirin bəy Heydərxanov mülkədar idi. Əmisi Nəcəfəli bəydən qalma Kərkicahan kəndinin bir hissəsini, Tağ kəndinin bir hissəsini, Qacar kəndi yaxınlığındakı Şairli torpağını idarə edirdi.

Mirzə Şirin bəy 1848-ci ilin iyun ayının 18-də Şuşa polis idarəsinə şikayət etmişdi ki, qardaşıoğlu Məmməd bəy Mirzə bəy oğlunun bir tüfəngini, bir atınını Rüstəm bəy Qəmbər bəy oğlu Camalxanbəyov (1817-?) alıb.

Ailəsi

redaktə

Mirzə Şirin bəyin Ibrahim bəy, Həmid bəy, Yusif adlı oğulları vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Heydərxanbəyovlar, "Soy" dərgisi, 1 (21), Bakı, 2009. səh.8-14.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Şirin_bəy_Heydərxanov&oldid=5523063"
LOVE.AZ