. Love.az

Mirze Elesger Novres - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Elesger Novres

Mirzə Ələsgər Növrəs (1839, Şuşa – 1912, Şuşa) — Azərbaycan şairi.

Mirzə Ələsgər Növrəs
Təxəllüsü Новрес
Doğum tarixi 1839
Doğum yeri
  • Şuşa, Şuşa qəzası
Vəfat tarixi 1912
Vəfat yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Dəfn yeri
  • Mirzə Həsən qəbiristanlığı
Fəaliyyəti şair
Üzvlüyü
  • Məclisi-üns
Vikimənbənin loqosu Mirzə Ələsgər Növrəs Vikimənbədə

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Mənbə
  • 4 İstinadlar

Həyatı

redaktə

Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı.

Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. Mirzə Ələsgər Növrəs 1912-ci ildə vəfat edib. Onun dörd övladı olub. Qızı Fatimə bəyimi Xurşidbanu Natəvanın oğlu Seyid Həsənə ərə verib.[1].

Mirzə Ələsgər Növrəs Xurşidbanu bəyim Natəvan, Seyid Əzim Şirvani və başqaları ilə yazışırdı.

Onun adını daşıyan nəvəsi İqtisad Elmləri Namizədi, Dosent Növrəs Növrəslidir.

  • Şahin, Tərlan, Arslan və Nurlan Növrəslinin ulu babalarıdır.

Yaradıcılığı

redaktə

1872-ci ildə Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəkin fəal iştirakçılarından biri olub. O, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından olub. Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşıblar. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda “Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs” sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, “Səfa” cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib.[2] }}

Mənbə

redaktə
  • Növrəs Növrəsli, "Miras", Bakı, "Adiloğlu" nəşriyyatı, 2008.-320 səh.
  • "Mirzə Ələsgər Növrəs". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX–XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. — səh. 589–619.
  • Ənvər Çingizoğlu, Əhmədxanbəyovlar (Növrəslilər), "Soy" еlmi-kütləvi dərgi, 2010, №11, səh.14–21.

İstinadlar

redaktə
  1. ↑ MİRZƏYEVA Salatın (February 01, 2021) [1]. Region Plus.
  2. ↑ MİRZƏYEVA Salatın (February 01, 2021) [2]. Region Plus.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Ələsgər_Növrəs&oldid=7886613"
LOVE.AZ