Mirzə Əli xan Mirzə Məhəmməd xan oğlu Lisanüddövlə (1862-1920) — Müzəffərəddin şah Qacarın kitabdarı.
Mirzə Əli xan Lisanüddövlə | |
---|---|
Mirzə Əli xan Mirzə Məhəmməd xan oğlu Lisanüddövlə | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Cənubi Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Mirzə Əli xan Lisanüddövlə 1862-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şərq dillərini bilirdi. Qacarlar taxt-tacının vəliəhdi Müzəffərəddin mirzəyə xidmət etmişdi. Şahzadə 1896-cı ildə taxta çıxdıqdan sonra Mirzə Əli xanı Tehrana aparmış saray kitabxanasına baş kitabdar təyin etmişdi.
Mirzə Əli xan Lisanüddövlə ləqəbini daşıyırdı.
Mirzə Əli xan Lisanüddövlə 1920-ci ildə Tehran şəhərində vəfat edib.