. Love.az

Mirze Abayev - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Abayev

Mirzə Abayev (oset. Абайты Мирза erm. Միրզա Աբաև; Cənubi Osetiya – 1994, Cəbrayıl, Hadrut rayonu[d], Dağlıq Qarabağ Respublikası) — milliyyətcə osetin olan ermənilər tərəfindən döyüşmüş Birinci Qarabağ müharibəsi iştirakçısı[1].

Mirzə Abayev
oset. Абайты Мирза
Doğum yeri
  • Cənubi Osetiya
Vəfat tarixi 1994
Vəfat yeri
  • Cəbrayıl, Hadrut rayonu[d], Dağlıq Qarabağ Respublikası
Milliyyəti Osetin
Mükafatları

Mündəricat

  • 1 Müharibədə iştirakı
  • 2 Ölümü
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Müharibədə iştirakı

redaktə

Mirzə Abayev 1992-ci ildə 36 nəfərlik dəstə ilə Şimali Osetiyadan Qarabağa ermənilər tərəfdən döyüşmək üçün gəlib. Dəstə üzvlərinin 30 nəfəri osetin, digərləri isə erməni, rus və kabardinlər idi. Qarabağ döyüşlərinə qədər Abayev gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. İlk olaraq Monte Melkonyanın komandanlığı altında Martuni alayında döyüşlərə başlayır. Daha sonra isə milliyyətcə osetin olan əsgərlərdən ibarət dəstəyə rəhbərlik etməyə başlayır və ölümünə qədər də bu dəstənin rəhbəri olur. Öz dəstəsi ilə bir çox vacib döyüşlərdə iştirak edir. 1993-cü ildə Füzulinin işğalında iştirak edir[2].

Ölümü

redaktə

1994-cü ildə Cəbrayıl uğrunda döyüşlərdə öldürülür. 1995-ci ildə mayor Abayev ölümündən sonra Qondarma Dağlıq Qarabağ Respublikasının mükafatı olan "Artsax Qəhrəmanı" mükafatını alır.

Xarici keçidlər

redaktə
  • Mirzə Abayevin müsahibəsindən bir hissərus.

İstinadlar

redaktə
  1. ↑ "Qarabağ döyüşlərində iştirak etmiş osetin könüllüləri[[Rus dili|rus.]] ". 2019-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
  2. ↑ "Azərbaycana qarşı döyüşən osetinlər". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Abayev&oldid=7890666"
LOVE.AZ