. Love.az

Mirze Bayramov - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Bayramov
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Bayramov.

Mirzə Əhməd oğlu Bayramov (5 may 1888, Cilovdarlı – 1960) — şair, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Mirzə Bayramov
Mirzə Əhməd oğlu Bayramov
Doğum tarixi 5 may 1888
Doğum yeri Cilovdarlı, Tovuz
Vəfat tarixi 1960
Təhsili Dini təhsil
Fəaliyyəti Şair, müəllim
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Həyatı

redaktə

Mirzə Bayramov 1888-ci il mayın 5-də Azərbaycanın Tovuz rayonunun Cilovdarlı kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. 1896-1899-cu illərdə mollaxanada oxumuşdur. Lakin kiçik yaşlarından şifahi xalq ədəbiyyatına, musiqiyə, el havalarına ciddi maraq göstərmişdir. 12 yaşından Aşıq Hüseyn Bozalqanlının şagirdi olmuş, 1905-ci ildən sərbəst aşıqlıq etmişdir. İlk mətbu əsəri 1932-ci ildə "Allahsız" jurnalında (№10) çıxan "Bitdili busatı" şeridir. Bundan sonra dövri mətbuatda, dərsliklərdə müntəzəm çap olunur. 1927-ci ildə Qazaxda aşıqlar yığıncağında birinci yer tutduğuna görə ona bir dəst kostyum və pul mükafatı verilmişdir. 1928-ci ildə Bakıda I Aşıqlar qurultayında çıxışı yüksək qiymətləndirilmişdir. 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur. Böyük Vətən müharibəsində sazı və sözü ilə ön və arxa cəbhədə bütün qüvvələri səfərbərliyə almaqda xalqa kömək etmişdir.

"1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalı ilə təltif edilmişdir..

Xarici keçidlər

redaktə
  • [1] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  • AŞIQ MİRZƏ
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Bayramov&oldid=6634971"
LOVE.AZ