. Love.az

Mirze Cebiyev - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Cebiyev

Mirzə Cəbiyev (22 fevral 1925, Hamoşam, Lənkəran qəzası – 10 fevral 1978, Astara rayonu) — İkinci dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı.

Mirzə Cəbiyev
Mirzə Ağmurad oğlu Cəbiyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1925(1925-02-22)
Doğum yeri
  • Hamoşam, Lənkəran qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 10 fevral 1978(1978-02-10) (52 yaşında)
Vəfat yeri
  • Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Rütbəsi kapitan
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Həyatı

redaktə

Mirzə Cəbiyev Astara rayonunun Hamoşam kəndində doğulmuş və 1943-cü ildə orduda xidmətə könüllü getmişdir. 1944-cü ildə kiçik leytenant rütbəsi alaraq 43-cü Ordu tərkibində cəbhəyə (III Belarus cəbhəsi) göndərilmişdir. Belorusiya, Litva, Polşa uğrunda döyüşlərdə iştirak etmiş, Almaniyada döyüşmüşdür.

Baş leytenant Mirzə Cəbiyev 1945-ci ilin 6 aprelində Köniqsberq şəhəri ətrafındakı döyüşlərdə komandir olduğu bölmənin önündə kanalı keçərək 5 Fortu zəbt etmiş və qələbə bayrağını sancmışdır. Bu döyüşdə o şəxsən düşməndən 13 nəfər əsir götürmüş, döyüşdə yaralansa da, öz vəzifəsini qələbəyə qədər icra etmişdir.

19 aprel 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bununla da o, eyni zamanda "Sovet İttifaqı Qəhrəmanı" adlı ən gənc azərbaycanlı olub.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Cəbiyev&oldid=7631882"
LOVE.AZ