. Love.az

Mirze Ferrux Xan Qaffari - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Ferrux Xan Qaffari
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)

Mirzə Fərrux xan Qaffari (12 iyul 1812, Kaşan, İsfahan ostanı – 1871, Tehran) — İranın ictimai-siyasi xadimi, diplomat.

Mirzə Fərrux xan Qaffari
Şəxsi məlumatlar
Doğum tarixi 12 iyul 1812(1812-07-12)
Doğum yeri
  • Kaşan, Kaşan şəhristanı, İsfahan ostanı, İran
Vəfat tarixi 1871
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Fəaliyyəti diplomat
Uşağı
  • Məhəmməd İbrahim xan Qafari[d]
Təltifləri Knight Grand Cross in the Order of the Netherlands Lion (Niderland) — 1858
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Mirzə Fərrux xan Mirzə Məhəmmədmehdi xan oğlu 1812-ci ildə Kaşan şəhərində anadan olmuşdu. Ünlü Qaffari soyuna mənsubdur. Mükəmməl mədrəsə təhsili almışdı. Əminəddövlə ləqəbi daşıyırdı.

Mirzə Fərrux xan Qaffari Qacarlar dönəmində İranın Fransada vəziri-muxtarı (səfiri) olmuşdu.

Mirzə Fərrux xan Qaffari (1856–1857)-ci illər İran-Böyük Britaniya savaşına görə Londonlu diplomatlarla danışıqlar aparmışdı. İngilis diplomatı Stratford de Redklif ondan İranda İngiltərənin missiyasını genişləndirməsində yardımını xahiş etmiş, Mirzə Fərrux xan ona müəyyən bir cavab verməmişdi.

Mirzə Fərrux xan Qaffari 1871-ci ildə Tehran şəhərində vəfat edib.

Ailəsi

redaktə

Mirzə Fərrux xan Qaffarinin Məhəmmədibrahim xan,Məhəmmədmehdi xan, Məhəmmədhüseyn xan, Məhəmmədhəsən xan adlı oğlanları vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Fərrux_xan_Qaffari&oldid=6905255"
LOVE.AZ