. Love.az

Mirze Haqverdi Sefa - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Haqverdi Sefa

Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli (1805-1881) — şair, qazı.

Mirzə Haqverdi Səfa
Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli
Təxəllüsü Сяфа
Doğum tarixi 1805
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat tarixi 1881
Vəfat yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vətəndaşlığı Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Atası Mirzə Əli bəy Qarabaği
Fəaliyyəti şair

Həyatı

redaktə

Mirzə Haqverdi Səfa 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mərhum Mirzə əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə müdavimət edib şer deyərmiş və əşarının çoxusu fars dilində yazılıbdır".

Mirzə Haqverdi Səfa Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib.


Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Kəbirli eli. "Soy" dərgisi, 2 (7), Bakı, 2007.
  • Ənvər Çingizoğlu. Haqverdiyevlər. "Soy" dərgisi, 1 (33), Bakı, 2010.

Həmçinin bax

redaktə
  Vikimənbədə Mirzə Haqverdi Səfa ilə əlaqəli mətnlər var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Haqverdi_Səfa&oldid=5988090"
LOVE.AZ