. Love.az

Mirze Mehdi Sukuhi - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Mehdi Sukuhi

Mirzə Mehdi Şükuhi (1829, Təbriz – 1896[1], Marağa, Şərqi Azərbaycan ostanı)—XIX əsr Azərbaycan şairi.

Mirzə Mehdi Şükuhi
Təxəllüsü Naşi, Şükuhi
Doğum tarixi 1829
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1896[1]
Vəfat yeri
  • Marağa, Marağa şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Fəaliyyəti şair
Janrlar qəzəl, qəsidə, müxəmməs, məsnəvi, gəraylı
Vikimənbənin loqosu Mirzə Mehdi Şükuhi Vikimənbədə

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Mirzə Mehdi Şükuhi 1829-cu ildə Təbrizdə sənətkar (aynasaz) ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. Gənc yaşlarında Marağaya köçmüş, ticarətlə məşğul olmuşdur. İşi ilə əlaqədar Türkiyə, Orta Asiya, Ərəbistan və İranın bəzi yerlərini gəzmiş, bir müddət Tehranda qaldıqdan sonra yenidən Marağaya qayıtmış yə ömrünün axırına qədər orada yaşamışdır. 1896-cı ildə Marağada vəfat etmiş və orada dəfn olunmuşdur.

Bədii yaradıcılığa gənclik illərində başlayan Şükuhi həm klassik, həm də xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır. Qəzəl, qəşidə, müxəmməs, qitə, qoşma, gəraylı janrlarında olan lirik şeirləri, "Münazireyi-Əqlü Eşq", "Cəlala öyüd" adlı epik məsnəviləri ona şöhrət qazandırmışdır.

Yaradıcılığı

redaktə
  •  Vikimənbədə əlaqəli mətnlər

İstinadlar

redaktə
  1. ↑ 1 2 Mirză Meḣdi Shu̇kuḣi // Faceted Application of Subject Terminology.

Həmçinin bax

redaktə
  • Azərbaycan ədəbiyyatı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Mehdi_Şükuhi&oldid=6063887"
LOVE.AZ