. Love.az

Mirze Mehdi Germerudi - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Mehdi Germerudi

Mirzə Mehdi Mirzə Əbu Məhəmməd oğlu Gərmərudi (?-1866) — XIX əsr Azərbaycan şairi.

Mirzə Mehdi Gərmərudi
Doğum yeri Sərab vilayəti, Gərmərud mahalı, İşıqlı kəndi
Vəfat tarixi 1866
Fəaliyyəti şair

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Mirzə Mehdi Mirzə Əbu Məhəmməd oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Bəyanülmülk ləqəbini daşıyırdı.

Mirzə Mehdi Gərmərudi atası Mirzə Əbu Məhəmməd Abbas mirzə Qovanlı-Qacarın münşisi idi. Onun soyu Xacə Abdulla Ənsariyə çatır.

Mirzə Mehdi Gərmərudi şair idi. Nisar təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun iki min beytə yaxın qəsidə və qəzəllər divanı 1906-cı ildə Təbrizdə çap olunmuşdu.

Mirzə Tahir İsfahani "Gənci-Şayiqan" adlı əsərində onun geniş tərcümeyi-halını vermişdir.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.


İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Mehdi_Gərmərudi&oldid=6991264"
LOVE.AZ