Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu Zöhrabbəyov (1859, Şuşa – 1940) — görkəmli pedaqoq, Fransada, Rusiyada oxumuş ziyalı.
Mirzə Salah bəy Zöhrabbəyov | |
---|---|
Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu Zöhrabbəyov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Uşaqları | Cəmil bəy, Zöhrab bəy, Səkinə xanım, Firuzə xanım, Hümay xanım |
Atası | Hacı Nəcəf bəy Zöhrabbəyov |
Fəaliyyəti | pedaqoq |
Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu 1859-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Fransaya yollanmış, burada 12 il təhsil aldıqdan sonra o, Rusiyaya gəlir və Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. İnqilabdan əvvəl Şuşaya qayıdır, öz vəsaitinə məktəb tikdirir və həmin məktəbdə rus dili dərsini deməyə başlayır. Bu tədris fənni üçün Mirzə Salah bəy Zöhrabbəyov "Azərbaycanlılar üçün rus dilinin tədrisi" dərslik vəsaitini yazmışdır. Bir müddət Şuşa real məktəbində müəllim işləmişdi. O, Firidun bəy Köçərli birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etmişdi.
Sovet hakimiyyəti gəldikdən sonra o, öz xoşu ilə Şuşadakı, Vladiqafqazdakı evlərini və şəxsi banklarını onlara təhvil verib, öz məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi.
Mirzə Salah Zöhrabbəyov 1940-cı ildə vəfat edib.
Mirzə Salah bəy Zöhrabbəyov şair idi. Tegin təxəllüsü ilə şeir yazırdı.
Mirzə Salah Zöhrabbəyovun Cəmil bəy, Zöhrab bəy adlı oğulları, Səkinə xanım, Firuzə xanım, Hümay xanım adlı qızları vardı.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |