. Love.az

Mirzehaqverdili - Wikipedia - Love.az

Ana Səhifə - Mirzehaqverdili

Mirzəhaqverdili — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsində kənd.[1] 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Arazbarı kənd inzibati ərazi vahidinin Mirzəhaqverdili kəndi Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2]

Mirzəhaqverdili
39°58′55″ şm. e. 47°06′38″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 195 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 553 nəf. (2009)
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0412
Xəritəni göstər/gizlə
Mirzəhaqverdili xəritədə
Mirzəhaqverdili
Mirzəhaqverdili

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası və iqlimi
  • 3 İqtisadiyyatı
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Toponimikası

redaktə

Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin (1870–1933) mənsub olduğu nəslin məskunlaşması nəticəsində yaranmışdır. Nəslin başçısı Mirzə Haqverdi olmuşdur. Kənd həmin şəxsin adi ilə adlandırılmışdır.

Coğrafiyası və iqlimi

redaktə

Kənd Qarabağ düzündə yerləşir.

İqtisadiyyatı

redaktə

Cəbhə xəttinə çox yaxın olan kəndin təsərrüfatına Qarabağ müharibəsi nəticəsində ciddi ziyan dəymişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

2011-ci ilin iyun ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[3][4]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. ↑ Ağcabədinin iki kəndinə mavi yanacaq verilib [ölü keçid]
  4. ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.

Həmçinin bax

redaktə
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzəhaqverdili&oldid=8143502"
LOVE.AZ