. Love.az

Mirzeyi Reqs - Wikipedia - Love.az

Ana Səhifə - Mirzeyi Reqs

Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir.

Mirzəyi
Tempi Asta
Mənşəyi Azərbaycan
Müəllifi Ney ustası Mirzə
Yaranma tarixi ≈ 1860-1870
"Vağzalı" rəqsi not formatında

Mündəricat

  • 1 Tarixçə
  • 2 Texnikası
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Tarixçə

redaktə

Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir.

Texnikası

redaktə

Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.[1] Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir.

Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.

İstinadlar

redaktə
  1. ↑ Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait) Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine. Bakı: "Birləşmiş nəşriyyat", 1959.

Xarici keçidlər

redaktə
  • Azerbaijan Dance - MİRZƏYİ - YouTube
  • "O olmasın, bu olsun" filmi (1956). Meşədi İbadın toyda Mirzəyi rəqsi
  • Ermənilərin "Pepo" filmində Mirzəyi rəqsi

Həmçinin bax

redaktə
  • Vağzalı
  • O olmasın, bu olsun (film, 1956)
  • Azərbaycan musiqisi
Rəqs haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzəyi_(rəqs)&oldid=8074928"
LOVE.AZ