Misir mətbəxi — ənənəvi Misir mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Misirin müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır[1]. Qeyd etmək olar ki, Misir mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır[2][3][4]. Misir mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir[5][6].
Tarixçilərin qənaətinə görə soba, xəmir mayası, çörək və oladye məhz qədim Nil sahillərini ölməz ölkəsi Misirdən gəlib. Misirlilər 5 min il əvvəl soğan becərməyə başlayıblar[7]. İngilis arxeoloqu Qovard Karter Tutanxamonun sərdabəsində qazıntı apararkən oradan içində qurumuş şərab izləri olan çoxlu gil qablar dünyanın mətbəx reseptləri yazılmış papiruslar tapmışdı. Papirusda fironun ən xoşladığı yemək qeyd edilmişdi Misir mətbəxində orta əsrlərdən müasir günümüzə kimi çox dəyişiklər olub. Bu gün Misir Ərəb Respublikasında İslam dininə görə şərab pivə və donuz əti qadağandır. Misir mətbəxinə ərəb livan türk və yunan mətbəxinin təsiri böyükdür[8][9].
Bəlkə də Yer üzündə misirlilərdən çox lobya yeyən yoxdur. Onlar səhər yeməyində də lobya pürəsinin üzərinə yumurta vurub yeyirlər. Klassik Misir səhər yeməyi (həvtar) iki əsas yeməkdən -fülə və filividən ibarətdir. Səhər Karkade (firon çayı) adlı Sudan qızılgülündən dəmlənmiş soyuq çay içirlər. İş günü ərzində günorta misirlilər az yeyirlər[10]. Yüngül yeməkləri Koşardır. Bu yeməkdə bişmiş yaşıl noxud qızardılmış soğanla qarıçdırılıb bişirilir. Misirlilər bu yeməyi asta-asta yeyirlər nabləd adam bu yeməyin ilk tikəsini ağzına qoyan kimi gözləri yaşarır. Misirlilərin axşam yeməyi isə çox zəngin və həm də çətin həzm olunandır. Süfrədə (gebna) pendir pelmenisi tərəvəz salatı kabab sarımsaqlı badımcan məzə kimi əvvəlcə yeyilir[11]. Yalnız bundan sonra onlar əsas yeməyə-ət yeməklərinə keçirlər. Desert kimi ise-paspus ballı şirəyə hopdurulmuş üzərinə narın qoz səpilmiş şirniyyat təqdim olunur. Hazırda bakıda məşhur olan şaurma dönəri də Misir mətbəxindəndir[12][13].
Misir mətbəxinin türk, ərəb və ya yunan mətbəxləri ilə oxşarlığı çoxdur[14].
Misir mətbəxi kifayət qədər orijinal, lakin bir qədər ağır hesab olunur. Bu səbəbdən turistlər onu adətən sevmir. Lakin şübhəsiz ki, o, bizim diqqətimizə layiqdir. Ən’ənəvi Misir xörəkləri ət, tərəvəzlər və düyüdən ibarətdir. Xörəklərə yağ, duz, istiot, soğan, sarımsaq və həmçinin zirə, şüyüd və ya nanə kimi ətirli göyərtidən əlavə olunur[10].
Misirdə çörək həmişə süfrəyə qoyulur. Misirlilər çörəyi üçbucaq şəklində bükür və onu xörəklə doldurur. Beləliklə, çəngəl və qaşığa ehtiyac olmur; yalnız şorbalar qaşıqla yeyilir[15][16][16].
Səhər yeməyi və nahar vaxtı Misirdə adətən yaşıl şorba verilir. O, ispanağa bənzəyən molohejaadlanan göyərtidən hazırlanır. Həmçinin içi doldurulmuş kələm yaqpaqlarına bənzəyən mahsziadlanan xörək verilir. İç qoyulması mal əti, düyü və göyərtidən ibarətdir. Belə iç qoyulması müxtəlif yollarla bükülür. Mahszi kromb üzüm və ya kələm yarpaqlarına bükülür. Həmçinin, pomidor (mahszi tomatom), tsukkini (machszi kusa) və badımcanın (mahszi bitengen) içi doldurulur. İçi doldurulmuş tərəvəzlər duxovkada bişirilir və hazır olan kimi süfrəyə verilir, çünki soyuyanda, xörək öz ətirini itirir. Səhər yeməyi vaxtı Misirlilər taameia adlanan buterbrodlara oxşar yemək yeyirlər. O, iki tikə çörək arasına qoyulan katletdən ibarətdir. Təzə kahı yarpağı ilə yeyilən katlet paxla və ədvalı noxuddan hazırlana bilər. Başqa ən’ənəvi xörəkfoul adlanır. O, üyüdülmüş və yağda qızardılmış lobyadan hazırlanır. Foul pita çörəyinə bənzəyən çörəyin arasına qoyulur. Bir çox Misir restoranlarında yağ, ət və ya yumurta ilə verilən müxtəlif növ taameja və foul xörəklərini görmək olar. Torshiturşuya qoyulmuş tərəvəzlərdən hazırlanır. Misirdə pasta ilə çörək populyar qəlyanaltıdır. Burada müxtəlif çörək (a‘aish) növləri var. Onlardan biri boşqab kimi dayaz və yumru a‘aishbaladi çörəyidir. Həmçinin bizim bulkalarımıza oxşar ‘aish fransawi’, yəni fransız çörəyi mövcuddur. Çörək süfrəyə tahina adlanan limon şirəli və sarımsaqlı küncüt sousu və ya badımcan, sarımsaq və cəfəri pastasından hazırlanmış babaqanuk sousu ilə verilir[17][18][19][20].
Misirlilərin fiteer adlanan öz pitsaları var. Fiteer yumşaq xəmirdən hazırlanır və sobada bişirilir. Belə pitsa müştəri pitsa inqrediyentlərini seçdikdən sonra onun yanında bişirilir. Pitsa üçün yumurta, pendir, müxtəlif ət növləri və tərəvəzlərdən istifadə edilir. İnqrediyentlər xəmirin içinə və ya üstünə qoyula bilər. Zövqünüzdən asılı olaraq, pitsa ədvalı və ya şirin ola bilər[21][22].
Şorbalar Misirdə çox populyardır. Nahar vaxtı moloheia və ya ads adlanan qatı paxla şorbası verilir. Pomidor və ya badımcan kimi tərəvəzlər sarımsaqlı tomat sousunda qızardılır; makaron xörəkləri də, məsələn, beşamel sousu ilə ətli lazanya, çox populyardır. Veqetarianlılar musaka xörəyi seçə bilərlər. Musaka duxovkada bişirilən badımcan, pomidor, sarımsaq, duru yağ və ədvalardan hazırlanır[23][24].
Salatlar, çörək, ət və çoxlu miqdarda əlavələr Misir naharın əsasını təşkil edir. Misir naharının misalı kimi içi düyü və ədviyyatlar ilə doldurulmuş qızardılmış toyuq (firekh) və ya göyərçini (hamam) göstərmək olar. Lakin ən məşhur və sevilən xörəklər manqalda və ya qrildə hazırlanmış kofta və kabablardır. Kofta adətən çəkilmiş ətdən, kabab isə quzu ətindən hazırlanır və süfrəyə cəfəri və ya qızardılmış pomidor və soğanla, və həmçinin çörək, kahı və küncüt pastası ilə verilir. Ən böyük Misir limanı olan Aleksandriyada və yaxud başqa dəniz şəhərlərində balıq və dəniz məhsullardan geniş istifadə olunur[25][26][27][28][29][30][31][32][33].
Vikianbarda Misir mətbəxi ilə əlaqəli mediafayllar var. |