Miyanə şəhristanı/rayonunu(fars. شهرستان میانه şəhrestan-e miyane) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi.
Miyanə şəhristanı | |
---|---|
![]() | |
37°25′ şm. e. 47°42′ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
![]() |
Şəhristanın inzibati mərkəzi Miyanə şəhəridir. Həmçinin şəhristanının tərkibində Ağkənd, Tərk, və Türkmənçay şəhərləri də yerləşir.
2006-cı il əhalinin siyahıya alınması zamanı şəhristanın əhalisi 46,469 ailədə 187,870 nəfərdən ibarət idi.[2]2011-ci ilinin siyahıyaalmasına görə 52,630 ailədə 185,806 nəfər bur şəhristanda yaşayırdı.[3]2016-cı il siyahıyaalınmasına görə şəhristanda 57,665 ailədə 182,848 nəfər yaşayırdı.[4]
Şəhristan monoetnik azərbaycanlı bölgəsidir.[5] Burada azərbaycanlıların subetnik qolu Əfşarlar, Şəqaqilər, Şahsevənlər və Bayatlar da yaşayırlar.[6]
Şəhristan əhalisinin əksəriyyəti İslamın şiə məzhəbinə etiqad edir. Yalnız dörd kənd məzhəb cəhətindən şəhristanın digər kəndlərindən fərqlənirlər. Kuhban[7] və Həşiabad kəndlərinin əhalisinin hamısı və Səvarəq kəndinin əhalisinin bir qismi[8] sünni-şafi məzhəbinə etiqad göstərir. Həmçinin şəhristanın Əfşar kəndinin əhalisi ələvilərdən ibarətdir. Bu şəhristan Şərqi Azərbaycan ostanında sünni müsəlmanların yaşadığı yeganə şəhristandır.[9]
2. Min + yana = Miyana
3. May + Ana = Mayana = Miyana = Miyanə
Yerli əhali Miyana deyir.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |