Mohi döyüşü (mac. Muhi csata, rum. Bătălia de la Muhi, xorv. Bitka na rijeci Šajo, slovak. Bitka pri rieke Slaná) — 1241-ci ilin 11 aprelində Macarıstan krallığı ilə Monqol imperiyası arasında baş vermiş həlledici və dağıdıcı qarşıdurma.[1] XIII əsrin ən faciəli və dramatik hadisələrindən biri olmaqla yanaşı, Avropanın monqol istilası qarşısındakı müdafiə imkanlarını da sınamışdır.[2][3] Macar kralı IV Bela rəhbərliyindəki ordu ilə, Batı xan və məşhur monqol sərkərdəsi Sabutayın komandanlığı altında hərəkət edən monqol ordusu arasında baş vermiş bu döyüş, Avropada böyük sarsıntı yaratmışdır.[4]
Mohi döyüşü | |
---|---|
| |
Tarix | 11 aprel 1241 |
|
|
![]() |
Döyüş Macarıstanın Mohi kəndi yaxınlığında, Şayo (Sajó) çayı sahilində baş tutmuşdur. [5][6]Monqollar Macarıstana bir neçə istiqamətdən hücum edərək ölkənin müdafiəsini zəiflətmiş, əhali arasında təşviş yaratmışdılar. IV Bela ölkənin müxtəlif bölgələrindən əsgərlər toplayaraq böyük bir ordu ilə düşmənə qarşı çıxmağa qərar verdi. O, ordugahını Şayo çayı yaxınlığında qurdu və burada monqolların hücumuna qarşı mövqe tutmuşdur. Monqollar isə qeyri-ənənəvi və ağıllı hərbi taktikalar tətbiq edirdilər. Sabutay düşməni aldatmaq məqsədilə Macar düşərgəsini birbaşa hücum etmədən əhatəyə almışdır və bir neçə gün ərzində psixoloji təzyiq göstərmişdir.[7][8][9] Nəhayət, 1241-ci ilin aprelin 11-də gecəyarısı monqol ordusu qəfil hücuma keçmişdir. Onlar körpünü tutaraq macar ordusunun müdafiəsini yarıb düşərgəyə girdilər. Bu, macarlar üçün ağır bir məğlubiyyətlə nəticələnmişdir. Döyüş zamanı Macar ordusu düzgün təşkilatlanmamışdı və əsgərlərin çoxu feodal mülklərdən toplanmış təcrübəsiz döyüşçülər idi. Monqollar isə yüksək səviyyədə koordinasiyalı, sürətli və dəqiq hücumlarla tanınırdılar. Onların taktikasına atlı oxçuların istifadəsi, süni geriçəkilmə və düşməni əhatəyə alma kimi metodlar daxil idi. Mohi döyüşündə bu taktikaların hər biri istifadə olundu və Macar ordusu tamamilə məhv edilmişdir.[10]
Kral IV Bela döyüş meydanından çətinliklə canını qurtardı və Adriatik dənizi sahillərinə — Dalmatiyaya qaçmışdır. Monqollar Budaya qədər irəlilədilər və ölkəni viran qoydular.[11] Şəhərlər, kəndlər, monastırlar dağıdıldı, minlərlə insan qətlə yetirildi. Macarıstan bu döyüşdən sonra uzun illər özünə gələ bilmədi və əhalisinin böyük bir hissəsini itirmişdir. Ölkənin iqtisadi və sosial strukturu sarsılmışdır. [12]Monqolların bu uğuru Avropada vahimə yaratdı. Almaniyadan İtaliyaya qədər bütün Avropa dövlətləri yeni bir istilaya hazırlaşmağa başladılar.[13] Lakin 1242-ci ildə Monqol xaqanı Ugedeyin vəfatı nəticəsində Batı xan geri dönmək məcburiyyətində qaldı və Avropa bu dəfəlik genişmiqyaslı monqol istilasından qurtulmuşdur. Lakin Mohi döyüşü Avropaya monqolların nə qədər təhlükəli və güclü olduğunu açıq şəkildə göstərdi.[14][15]
Nəticə etibarilə, Mohi döyüşü təkcə Macarıstan üçün deyil, ümumilikdə Avropa üçün ciddi xəbərdarlıq olmuşdur. Bu hadisə Macarıstan kralını ölkəni yenidən qurmağa və güclü qalalar inşa etməyə vadar etmişdir. [16][17][18][19][20]IV Bela sonrakı illərdə ölkədə bir sıra islahatlar həyata keçirmişdir. Mohi döyüşü tarixdə təkcə bir məğlubiyyət kimi deyil, həm də Avropa müdafiəsinin dönüş nöqtəsi kimi dəyərləndirilir.[21]
The Mongols probably had a nominal force of at least 30,000 men, with the personal units of Batu and Sube'etei forming the core of the army.
superior mobility and combination of shock and missile tactics again won the day. As the battle developed, the Mongols broke up western cavalry charges, and placed a heavy fire of flaming arrows and naphtha fire-bombs
33 D'Ohsson's European account of these events credits the Mongols with using catapults and ballistae only in the battle of Muhi, but several Chinese sources speak of p'ao and "fire-catapults" as present. The Meng Wu Er Shih Chi states, for instance, that the Mongols attacked with the p'ao for five days before taking the city of Strigonie, to which many Hungarians had fled: "On the sixth day the city was taken. The powerful soldiers threw the Huo Kuan Vets (fire-pot) and rushed into the city, crying and shouting.34 Whether or not Batu actually used explosive powder on the Sayo, only twelve years later Mangu was requesting "naphtha-shooters" in large numbers for his invasion of Persia, according to Yule
(along, it seems, with explosive charges of gunpowder) on the massed Hungarians trapped within their defensive ring of wagons. King Béla escaped, though 70,000 Hungarians died in the massacre that resulted—a slaughter that extended over several days of the retreat from Mohi.
1 9 The Mongols are known to have used gunpowder and firearms in Europe as early as 1241 at the Battle of Muhi in Hungary. See Jacques Gernet, A History of Chinese Civilisation (Cambridge University Press, 1982). page 379
After defeating the Kipchak Turks (Cumans), Bulgars and Russians, the Mongol army under Subutai took Cracow and Breslau, and on 9 April 1241, defeated a German army under Duke Henry of Silesia at Liegnitz. The Mongols under Batu defeated the Hungarians under King Bela IV at Muhi on the Sajo on 11th April, 1241. ... it has priority over the use of gunpowder, which the Mongols used two days later in the battle beside the Sajo. ...
Vikianbarda Mohi döyüşü ilə əlaqəli mediafayllar var. |