. Love.az

Moisey Ben Aaron Sirvani - Wikipedia - Love.az

Ana Səhifə - Moisey Ben Aaron Sirvani

Moisey ben Aaron ben Şeerit Şirvani — Şamaxı yəhudisi, "Aqron" lüğətinin müəllifi. Şirvanda yaşamışdır. 1459-cu ildə Tövrat terminlərindən ibarət olan "Arqon" adlı lüğəti qələmə almışdır. Lüğət günümüzə təkcə hissələr halında gəlib çatmışdır. Y (yud - י) hərfindən sonadək saxlanmış lüğətdə Əhdi-Ətiqin hətta arami terminləri də özünə yer tapmışdır. Bir sözün bütün digər mənalarını ayrı məqalələrdə izah olunmuşdur. Lüğət o vaxtlar Şirvanşahlar dövlətinin dili olan fars dilindədir.[1] Yeganə nüsxəsi Sankt-Peterburqda saxlanır.

Moisey ben Aaron ben Şeerit Şirvani
ivr. ‏משה בן אהרון בן שארית‏‎
Atası Aaron ben Şeerit
Milliyyəti yəhudi
Fəaliyyəti XV əsr

İstinadlar

redaktə
  1. ↑ Wilhelm Bacher, Stade, "Zeitschrift" 1885-1901, fəsil XVI, səh. 201-247, fəsil XVII 199-203
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Moisey_ben_Aaron_Şirvani&oldid=7001456"
LOVE.AZ