Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru akademik İradə Hüseynovadır.[1]
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 2014 |
Digər məlumatlar | |
Direktor | İradə Hüseynova |
Ünvan | AZ1073, Bakı ş., Mətbuat prospekti. 2A |
Sayt | imbb.az |
Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş və 01 iyul 2016-cı il tarixindən institut müstəqil fəaliyyətə başlamışdır.[2]
Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsası 1971-ci ildə Botanika İnstitutunda akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur. Əvvəl qrup kimi fəaliyyətə başlanılmış, 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir.
1983-cü ildə laboratoriyanın bazasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarından ibarət Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları laboratoriyası yaradılmışdır.
1988-ci ilin sonunda bu qruplar müstəqil laboratoriyalara çevrilmiş və onların bazasında Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsi təşkil olunmuşdur.
2005–2010-cu illərdə şöbədə 4 yeni laboratoriya yaradılmış və onun adı isə dəyişdirilərək, Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır.
2012-ci ildə şöbənin nəzdində 2 beynəlxalq laboratoriya yaradılmışdır. Hazırda institutun strukturunda 3 şöbə, 5 beynəlxalq laboratoriya fəaliyyət gösrərir. İnstitutda 118 əməkdaş, o cümlədən 59 elmi işçi, 1 akademik, 3 AMEA-nın müx. üzvü, 10 elmlər doktoru və professor, 20 nəfər biologiya üzrə fəlsəfə doktoru çalışır. Eyni zamanda, institutda 3 ixtisas üzrə (molekulyar biologiya, biotexnologiya və biokimya) magistratura təhsili həyata keçirilir.
Süni şəraitdə becərilən Şirvan-Şah üzüç sortunun mikroklonal çoxaldılması zamanı morfogenezin xüsusiyyətləri öyrənilmiş, hormonal və qida mühitinin trofik amillərindən asılı olaraq müxtəlif becərilmə şəraitləri araşdırılmış, virus təbiətli patogenlərə qarşı yüksək yoluxma dərəcəsi müəyyən edilmişdir.
Direktor: Akademik İradə Məmməd qızı Hüseynova