. Love.az

Mollameherremli - Wikipedia - Love.az

Ana Səhifə - Mollameherremli

Mollaməhərrəmli — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Mollaməhərrəmli
39°27′55″ şm. e. 47°21′51″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 143 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Mollaməhərrəmli xəritədə
Mollaməhərrəmli
Mollaməhərrəmli

Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin ərazisinə aid edilib[3].

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Tarixi

redaktə

Mollaməhərrəmli sərkar obası Xırdapara-Dizaq mahalına bağlı idi. Oba öz adını başçısından götürüb. Molla Məhərrəm sərkar Vəliməhəmməd oğlu (1780–1847) XVIII yüzilin sonu, XIX yüzilin önlərində obalarına başçılıq etmişdi. Molla Məhərrəm sərkar obası öncə təxminən Qarakollu kəndinin ətrafında yaşam sürürdü. XVIII yüzilin sonunda yiyəsi Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir obanı Arğalı torpağında, Hazırkı yerində sakin etdi. Məhəmmədhəsən ağa 1806-cı ildə vəfat edəndən sonra oba oğlu Cəfərqulu xana qaldı. 1823-cü ildə Molla Məhərrəm sərkar obası—4 ailə vergi ödəyirdi. Molla Məhərrəm, pişxidmət Məhəmməd vergidən azad olunmuşdu. 1842-ci ildə oba 17 tüstüdən ibarət idi. Obanın başçısı Molla Məhərrəm yüzbaşı, məaf Ismayıl Abdulla oğlu sayılırdı.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[4] 18.2-ci bəndinə əsasən "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.

Toponimikası

redaktə

Düzənlikdədir. Oykonim "Molla Məhərrəmin nəslindən olanlar, mollaməhərrəmgillər" mənasındadır.[5]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 935 nəfər əhali yaşayır.[6]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

redaktə
  • Füzuli rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-21.
  4. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-28.
  5. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  6. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mollaməhərrəmli&oldid=8155453"
LOVE.AZ