Nisbi molekulyar atom kütləsi — maddə molekulunun və ya atomunun kütləsinin karbon kütləsinin 1/12-nə olan nisbətidir, Mrkimi işarə olunur. Vahidi yoxdur və təqribən molekulun və ya atomun kütləsinin hidrogen atomunun kütləsindən neçə dəfə çox olduğunu göstərir.
Molyar kütlə M ilə nisbi molekulyar kütlə Mr arasında əlaqə M=Mr·kq/mol-dir. Məsələn, suyun nisbi molekulyar kütləsi Mr=18, molyar kütləsi M=10−3Mr·kq/mol=0,018kq/mol-dur. Yəni bir mol suyun kütləsi 0,018kq=18q-dır.