. Love.az

Monir Vekili - Wikipedia - Love.az

Ana Səhifə - Monir Vekili

Monir Vəkili (fars. منیر وکیلی‎, 19 dekabr 1923, Təbriz – 28 fevral 1983)— Azərbaycan əsilli iranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir.

Monir Vəkili
fars. منیر وکیلی‎
Ümumi məlumatlar
Doğum tarixi 19 dekabr 1923(1923-12-19)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 28 fevral 1983(1983-02-28) (59 yaşında)
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Musiqiçi məlumatları
Fəaliyyəti incəsənət xadimi, opera müğənnisi, musiqi direktoru[d], televiziya prodüseri[d]
Fəaliyyət illəri 1958–1983
Janr opera
Səs tembri soprano
Təhsili
  • Paris Konservatoriyası
monirvakili.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir[1]. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir.

Fəaliyyəti

redaktə

Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir. O, 1955–1957-ci illərdə Tehran Milli Musiqi konstervatoriyasının solisti olmuşdur. 1955–1956-cı illərdə isə Fransız institutu və Rumınya səfirliyinin hazırladığı yaradıcılıq gecələrində çıxış etmişdir. Onun ən böyük məqsədi ölkəsini beynəlxalq arenada tanıtmaq idi.

Təhsilini tamamlayıb İrana qayıdan sənətçi 1975-ci ildə İranın ilk rəsmi operasını yaratmışdır. 1951-ci ildə Monir Vəkili Berlin Gənclik Festivalında iştirak edərək qalib oldu və 1975-ci ildə "Füruğ Farruxzad" mükafatına layiq görüldü. 1958-ci ildə onun "İranlıların musiqi və rəqsləri" adlı albomu işıq üzü görmüşdür.

Həmçinin bax

redaktə
  • Musiqi
  • Opera
  • İran musiqisi

İstinadlar

redaktə
  1. ↑ Elliot, Russ. "Scheherazade ZaZa Saleh Album Reviews at Musical Discoveries". www.musicaldiscoveries.com. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Monir_Vəkili&oldid=7141961"
LOVE.AZ