Monitor (rus. Монитор) — 2000-2005-ci illərdə fəaliyyət göstərmiş həftəlik ictimai-siyasi jurnal (rus dilində). Baş redaktoru Elmar Hüseynov idi.
Monitor | |
---|---|
Baş redaktor | |
Təsis tarixi | 2000 |
Nəşrini dayandırıb | 2005 |
Ölkə | |
Dil | rus dili |
"Monitor" jurnalı Rus dilində həftəlik ictimai-siyasi jurnal olub, 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə "Monitor" çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.[1]