. Love.az

Monteneqro Avroviziya Mahni Musabiqesinde - Wikipedia - Love.az

Ana Səhifə - Monteneqro Avroviziya Mahni Musabiqesinde

Monteneqro Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 11 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. 2007-ci ildə müsabiqədə müstəqil respublika kimi qoşulan Monteneqro Avroviziyanın ən az uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 11 iştirakdan yalnız 2-də müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Monteneqronun indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2015-ci ildə Knezin ifa etdiyi "Adio" mahnısı ilə finalda 13-cü yeri qazanmaqları olmuşdur.

Monteneqro
Monteneqro
Yayım hüququ RTCG
Seçim tədbiri
Milli seçim turu
  • MontenegroSong
  • 2007–2008
  • Montevizija
  • 2018–2019
Daxili seçim
  • 2009
  • 2012–2017
Məlumat
İştirak sayı 11
Debüt müsabiqə 2007
Son müsabiqə 2019
Ən yaxşı nəticə 13-cü: 2015
Ən pis nəticə 22-ci: 2007 (YF)
eurovision.tv/country/mo…

Maliyyə çətinlikləri və eyni zamanda müsabiqədə göstərilən məyusedici nəticələr səbəbindən Monteneqro 2010 və 2011-ci illərdə müsabiqədə iştirakdan imtina etmiş və 2012-ci ildə müsabiqəyə geri dönmüşdür.

Mündəricat

  • 1 Təmsilçilər
  • 2 Səsvermə tarixçəsi
  • 3 Qalereya
  • 4 Həmçinin bax

Təmsilçilər

redaktə

 Qalib  İkinci yer  Üçüncü yer  Sonuncu yer

İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
2007 Monteneqrcə Stevan Faddi "Ajde, kroči"
Finala keçməyib
22 33
2008 Monteneqrcə Stefan Filipoviç "Zauvijek Volim Te" 14 23
2009 İngiliscə Andrea Demiroviç "Just Get Out of My Life" 11 44
2012 İngiliscə, Serbcə, Almanca Rambo Amadeus "Euro Neuro" 15 20
2013 Monteneqrcə Who See "Igranka" 12 41
2014 Monteneqrcə Sergey Çetkoviç "Moj Svijet" 19 37 7 63
2015 Monteneqrcə Knez "Adio" 13 44 9 57
2016 İngiliscə Highway "The Real Thing"
Finala keçməyib
13 60
2017 İngiliscə Slavko Kaleziç "Space" 16 56
2018 Monteneqrcə Vanya Radovanoviç "Inje" 16 40
2019 İngiliscə D-moll "Heaven" 16 47

Səsvermə tarixçəsi

redaktə
Monteneqronun ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1   Serbiya 66
2   İtaliya 60
3   Azərbaycan 58
4   Rusiya 50
5   Bosniya və Herseqovina 35
Monteneqronun ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1   Ermənistan 20
2   Sloveniya 17
3   Şimali Makedoniya 16
4   Serbiya 12
  Albaniya 12

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya

redaktə
  •  
    Stefan Filipoviç Belqrad səhnəsində (2008)
  •  
    Sergey Çetkoviç Kopenhagen səhnəsində (2014)
  •  
    Knez Vyana səhnəsində (2015)
  •  
    Highway qrupu Stokholm səhnəsində (2016)
  •  
    Slavko Kaleziç Kiyev səhnəsində (2017)
  •  
    Vanya Radovanoviç Lissabon səhnəsində (2018)

Həmçinin bax

redaktə
  • Avroviziya Mahnı Müsabiqəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Monteneqro_Avroviziya_Mahnı_Müsabiqəsində&oldid=6925437"
LOVE.AZ