Moreya krallığı (it. Regno di Morea) — Venesiya Respublikası tərəfindən 1684–1699-cu illərdə Moreya müharibəsi zamanı Osmanlı imperiyasından alındıqdan sonra Peloponnes yarımadasına verilmiş rəsmi ad. Venesiyalılar ölkəni yenidən məskunlaşdırmağa, kənd təsərrüfatını və iqtisadiyyatını dirçəltməyə cəhd etmiş və uğurlu olmuşdular, lakin onlar nə yerli əhalinin əsas hissəsinin dəstəyini ala, nə də yeni mülklərini hərbi yolla möhkəmləndirə bilmişdilər. Nəticədə bu krallıq 1715-ci ilin iyun-sentyabr aylarında baş tutan qısamüddətli müharibədə Osmanlı türkləri tərəfindən yenidən ələ keçirilmişdi.[1][2][3]
Tarixi dövlət | |||
Moreya krallığı | |||
---|---|---|---|
|
|||
![]() |