. Love.az

Morjoves Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Morjoves Adasi

Morjoves adası - Ağ dənizə daxil olan Mejen körfəzində yerləşən ada. İnzibati baxımından Arxangelsk vilayəti, Mejenski rayonu, Koyden kənd inzibati vahidliyinə daxildir.

Morjoves adası
rus. Моржовец
Ümumi məlumatlar
Sahəsi 110 km²
Uzunluğu
  • 18 km
Eni 8,5 km
Hündür nöqtəsi 27 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
66°42′ şm. e. 42°35′ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Arxangelsk vilayəti
Akvatoriya
  • Şimal Buzlu okean
  • Ağ dəniz
Morjoves adası xəritədə
Morjoves adası
Morjoves adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Adanın tarixi
  • 3 İstinadlar
  • 4 Mənbə
    • 4.1 Xəritələr

Coğrafiyası

redaktə

Ada Voronov burnundan 12 mil şimal-şərqdə, Konuşin burnundan isə 38 mil cənub-qərbdədir. Adanın sahəsi 110 км²-dir. Bununla belə dəniz tərəfindən yuyulması davam etdiyindən sahəsi azalır. Şimal-şərqində mayak və hidrometeoloji stansiya vardır (16 fevral 2018-ci ildə fəaliyyətini dayandırmışdır). Şərq və cənub-şərq sahillərinə yaxın Morjovskie koşki adlı dayazlıq vardır.

Ərazisində tundra bitkiləri yayılmışdır. Axar və gölləri vardır. Əsasən qumlu-gilli suxurlardan təşkil olumnmuşdur. Dairəvi forrmaya malikdir.

Adanın tarixi

redaktə

22 iyul 1941-ci ildə Morjoves adasında 13 nömrəli artilleriya batareyası var idi - dörd 180 mm artilleriya qurğusu[1].

İstinadlar

redaktə
  1. ↑ "Artileriya 1924 - 1945". 2011-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.

Mənbə

redaktə
  • СЕВЕРНАЯ ЧАСТЬ БЕЛОГО МОРЯ С МЕЗЕНСКИМ ЗАЛИВОМ  (rus.)

Xəritələr

redaktə
  • Morjoves. Yandex xəritələr[ölü keçid]
  • Topoqrafik xəritə Q-38-07_08 Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Morjoves_adası&oldid=7525917"
LOVE.AZ