. Love.az

Moza Bint Nasir El Misned - Wikipedia - Love.az

Ana Səhifə - Moza Bint Nasir El Misned

Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎; 8 avqust 1959) — Qətərin birinci xanımı.

Şeyxa Moza bint Nasir əl-Misnəd
ərəb. موزا بنت ناصر المسند‎
Doğum tarixi 8 avqust 1959(1959-08-08) (65 yaş)
Həyat yoldaşı
  • Hamad bin Xəlifə Al-Sani
Uşaqları
  • Tamim bin Hamad Al Thani
Üzvlüyü
  • Təsviri Sənət Akademiyası
Mükafatları "Britaniya imperiyası" ordeni dama-komandoru (Birləşmiş Krallıq) Grand Order of Queen Jelena (Xorvatiya) "Katolik İzabella" ordeninin böyük xaçı (İspaniya) — 2011 "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı "Təbəssüm" ordeni (Polşa)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub.

O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb.

2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib[1].

İstinadlar

redaktə
  1. ↑ Birinci xanımlar fotolarda — Şeyxa Moza bint Nasir əl-Misnəd. qafqazinfo.az Arxivləşdirilib 2012-08-25 at the Wayback Machine (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Moza_bint_Nasir_əl-Misnəd&oldid=7786423"
LOVE.AZ