. Love.az

Mugam Balet - Wikipedia - Love.az

Ana Səhifə - Mugam Balet
Bu adın digər istifadə formaları üçün bax: Muğam (dəqiqləşdirmə).

"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür [1]. Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi [2] [3]. Sonralar başqa ölkələrdə də göstərilmişdi.

Muğam
Tipi Klassik
Bəstəkar Nazim Əliverdibəyov
Librettist Mirzə Şəfi Vazeh
Xoreoqraf Rəfiqə Axundova, Maqsud Məmmədov
Premyera
  • 22 yanvar, 1972
  • Moskva
Rəssam Tahir Tahirov

Məzmun

redaktə

Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır. [4]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan balet tamaşaları xronologiyası". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
  2. ↑ "Энциклопедия балета - Мугам". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
  3. ↑ "Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
  4. ↑ "Имруз Эфендиева, профессор. Мугам и композиторское творчество. Журнал "İRS". - 2006. - N2/3. - С. 44-45". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.

Həmçinin bax

redaktə
  • Cırtdan (opera)
  • Simfonik muğam
  • Orqan (musiqi aləti)
  • Azərbaycanda balet
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Muğam_(balet)&oldid=6670909"
LOVE.AZ