. Love.az

Murad Bahadir Agqoyunlu - Wikipedia - Love.az

Ana Səhifə - Murad Bahadir Agqoyunlu

Murad Bahadır Ağqoyunlu (türk. Murat Bahadır Akkoyunlu) — Azərbaycan Türkü əsilli[1] Anadolu Türkü yazar, fikir adamı. Böyük Türk sülaləsi Ağqoyunluların nəslindəndir[1].

Murad Bahadır Ağqoyunlu
Doğum tarixi 1958
Doğum yeri Trabzon, Türkiyə Cümhuriyyəti
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti Türk
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Türk dili

Həyatı

redaktə

Murat Bahadır Akkoyunlu 1958-ci ildə Trabzonda anadan olub.

İbtidai və orta məktəbi Bayburtda, lisey təhsilini Ankara Atatürk Liseyində, universiteti isə Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının (Qazi Universiteti) İqtisadiyyat fakültəsində oxuyub.

Ülküçülərlə 1971-ci ildə orta məktəbdə tanış olub. 1975-ci ildə mərhum Nəcməddin Ərbakana dəstək olan Akıncılarla görüşür. O, 2000-ci ilə qədər mərhum Nəcməddin Ərbakana dəstək verib. O, 1970-ci illərin terror dəhşətlərini, 1980-ci illərin keşməkeşli siyasətini, 1990-cı illərin dərin siyasi təlatümlərini yaşamış, şahidi olmuş, oxumuş və dinləmişdir.

2000-2004-cü illərdə Şəhid Muhsin Yazıcıoğlu bəy ilə siyasi mübarizəsini davam etdirib.

1987-ci ildə dövlət qulluğuna başlayıb. Dövlət Yem Sənayesi, Ankara Altındağ Bələdiyyəsi, Ərzincan Bələdiyyəsi və Energetika Nazirliyində məmur vəzifələrində çalışıb.

1996-2002-ci illərdə radiolarda xəbər-şərh verilişləri edib.

Məşhur kitabları

redaktə
  • Qlobalistlərin edamı: Tam Siyasi Təhlil (Küresel Çeteye İnfaz: Kökten Siyasi Çözümleme), həmmüəllifi: Orxan Efe Özənç.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Murad Bahadır Ağqoyunlu: "Qlobalistlərin Edamı: Tam Siyasi Təhlil" kitabı, 2020-ci il, "Kronoloji" nəşriyyatı, Türkiyə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Murad_Bahadır_Ağqoyunlu&oldid=6433461"
LOVE.AZ