. Love.az

Murad Kohneqala - Wikipedia - Love.az

Ana Səhifə - Murad Kohneqala
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.

Mahmudov Murad Piri oğlu (Murad Köhnəqala; 15 oktyabr 1959, Köhnəqala, Tovuz rayonu) — Azərbaycan şairi, publisist.

Murad Köhnəqala
Doğum tarixi 15 oktyabr 1959(1959-10-15) (65 yaş)
Doğum yeri
  • Köhnəqala, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti şair

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Kitabları
  • 4 Mükafatları
  • 5 İstinadlar

Həyatı

redaktə

Murad Köhnəqala 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olmuşdur.[1] Burada orta məktəbi bitirmişdir. Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləmişdir (1976-1977). Ordu sıralarında xidmət etmişdir (1977-1979). Tərxis ediləndən sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olmuşdur. Tovuz şəhər təmir-tikinti sahəsində fəhlə (1980-1982), Bakı şəhər metro tikintisində fəhlə (1983-1988) işləmişdir.

Yaradıcılığı

redaktə

1980-ci illərdən mətbuatda öz şerlərini vaxtaşırı çap etdirir. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir (1985-1990).[1] Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləmişdir (1991-1992). Bir vaxt "Yol" qəzetinin təsis etdiyi "Altun Ay" mükafatına layiq görülmüşdür (1992). Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olmuşdur. Sonra Sibirdə, Uzaq Şərqdə yaşamışdır (1993-1996). Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışmışdır. 1994-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olsa da, sonradan öz ərizəsilə üzvlükdən çıxıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısı olub. Müstəqil media orqanlarında bədii və publisistik yazılarla çıxış edir.

Kitabları

redaktə
  • "Alma əhvalatı"[1]
  • "Bulud pinəçisi"[1]
  • Nizami Cəfərovla türk dünyasına səyahət / M. Köhnəqala, Ş. Göytürk.- Bakı: AzAtaM: Elm və Təhsil, 2015.- 120 s.[2]
  • "Yuxularım"
  • "Amurun hekayələri"

Mükafatları

redaktə
  • "Altun Ay" mükafatı — 1992

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Babək Göyüş. ""İntihar etmək fikrinə düşmüşəm" – Murad Köhnəqala" (az.). aznews.az. 2014-11-03. 2019-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-09.
  2. ↑ "Biblioqrafiya: Azərbaycan kitab abidələri". 2020-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Murad_Köhnəqala&oldid=7858635"
LOVE.AZ