Murad Ələkbər oğlu Muradov (1984, Bakı) — Azərbaycan rejissoru və kinooperator.
Murad Muradov | |
---|---|
Murad Ələkbər oğlu Muradov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | aktyor |
Təhsili |
Murad Ələkbər oğlu Muradov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-2001-ci illər ərzində A.N.Ələkbərov Adına İncəsənət Gimnaziyasında təhsil almış, oxuduğu dövrlərdə orada fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında bir sıra filmlərin müəllif olmuşdur. Müəllimləri Ənvər Əbluc və Gülbəniz Əzimzadə olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq Fakültəsinə daxil olmuşdur. Müəllimi əməkdar incəsənət xadimi, kinooperator, kinorejissor Rasim İsmayılov olmuşdur. 2005-ci ildə universiteti Qırmızı diplom ilə bitirmişdir. Diplom işi kimi "Uçan çinarlar" filmini çəkmişdir. Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil almışdır. Hazırda İncəsənət Gimnaziyasında kinorejissorluq fənni üzrə müəllimdir. "XXI Əsr" Uşaq Yaradıcılıq Studiyasının rəhbəridir. "Murad Prodakşn" şirkətinin vitse-prezidentidir. Subaydır.
Çəkdiyi filmlər bir çox festivalların qalibi olmuşdur. Bundan əlavə o 13 dəqiqəlik "İlk döyüş", 1 dəqiqəlik "Su", 10 dəqiqəlik "Köhnə və Yeni Bakı", 35 dəqiqəlik "Səsin mirzəsi" və s. filmlərin müəllifidir.
1) 2001-ci ildə çəkdiyi "Xüsusi Təyinatlı Dəstə" adlı 20 dəqiqəlik qısametrajlı bədii filmi
2) 2002-ci ildə çəkdiyi "İnam" 13 dəqiqəlik sənədli filmi
3) 2005-ci ildə çəkdiyi "Uçan çinarlar" 16 dəqiqəlik sənədli diplom işi
4) 2006-cı ildə çəkdiyi "Ruhumun harayı" 6 dəqiqəlik sənədli filmi
5) İnternews şirkətinin istehsal etdiyi, Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Kənar" 8 dəqiqəlik sənədli filmi