. Love.az

Murad Qasimzade - Wikipedia - Love.az

Ana Səhifə - Murad Qasimzade
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. (avqust 2023)

Qasımzadə Murad Salman oğlu (15 mart 1915, Dədəli, Qaryagin qəzası – 22 noyabr 2010, Bakı) — azərbaycanlı polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professor (1973).

Murad Qasımzadə
Doğum tarixi 15 mart 1915(1915-03-15)
Doğum yeri
  • Dədəli, Qaryagin qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 22 noyabr 2010(2010-11-22) (95 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Təhsili
  • Moskva Energetika İnstitutu[d]
Mükafatları "Xalqlar dostluğu" ordeni "Qırmızı ulduz" ordeni "Əmək veteranı" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Əsərləri
  • 4 İstinadlar

Həyatı

redaktə

Murad Salman oğlu 15 mart 1915-ci ildə Qaryagin qəzasının (hazırkı Füzuli rayonu) Dədəli kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmuşdu. İnformasiya-ölçmə texnikası sahəsində tanınmış alimdir. Polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professordur (1973).

M. Qasımzadə S. M. Kirov adına Xəzər Ali Hərbi Dəniz məktəbində kafedra rəisi (1955–1961) işləmişdi.

1961-ci ildən ömrünün sonunadək İ. Q. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda informasiya-ölçü sistemləri laborotoriyasının rəhbəri vəzifəsində çalışmışdı.

Əsas əsərləri energetika sistemlərinin avtomatlaşdırılması üçün informasiya-ölçü sistemlərinin işlənib, Hazırlanmasına aiddir.

Keçmiş SSRİ-də elektrokinetik çeviricilər sahəsində ilk tədqiqatları M. Qasımzadə aparmışdır.

Avtomatik idarəetmə üzrə Beynəlxalq Federasiyasının 6-cı konqresində (Boston, 1975) və Ümumdünya Elektrotexnika konqresində (Moskva, 1977) iştirak etmişdir.

Mükafatları

redaktə

M. Qasımzadə iki orden və medallarla təltif edilmişdi.

Əsərləri

redaktə
  • Sbornik zadaç i upracneniy po osnovam glektrotexniki i glektrooborudovaniö nadvodnıx korabley, Baku, 1967.
  • Glektrokinetiçiskie preobrazavateli informatsii, Moskva, 1973.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Murad_Qasımzadə&oldid=8047401"
LOVE.AZ