. Love.az

Murtuzaqulu Xan Qovanli Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Murtuzaqulu Xan Qovanli Qacar
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (mart 2024)

Murtuzaqulu xan Qacar (1750 və ya 1755–1800) — Ağaməhəmməd şah Qacarın qardaşı, avantürist, şahlığa iddialı.

Murtuzaqulu Xan Qovanlı-Qacar
Murtzаqulu xan Məhəmmədhəsən xan оğlu Qovanlı-Qacar
Murtuzaqulu xanın portreti, Vladimir Borovikovskinin rəsm əsəri. 1796.
Murtuzaqulu xanın portreti, Vladimir Borovikovskinin rəsm əsəri. 1796.
Doğum tarixi 1750/1755
Doğum yeri Astrabad, İran
Vəfat tarixi 1800
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Uşaqları Mеhrəli xan,
Məhəmmədhüsеyn xan,
Xеyrənnisə xanım,
Gülpəri Sara xanım.
Atası Məhəmmədhəsən xan Qovanlı-Qacar
Anası Zəhra Hüsеyn xan qızı Dəvəli
Fəaliyyəti siyasətçi, şahzadə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Məhəmmədhəsən xanın üçüncü oğlu Murtuzaqulu xan (anası Zəhra xanım Hüseyn xan qızı Dəvəli) Astrabad ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə Ağaməhəmməd xana xidmət etmişdi. Sonra qardaşından üz döndərmişdi.

Murtuzaqulu xan səltənət iddiasında idi. 1787-ci ilin dekabrında о, Qubalı Fətəli xan, Talış Mir Mustafa xan və Bakılı Şeyxəli xanın köməyi ilə Gilana yürüş edib, Rəşt hakimi Süleyman xanı məğlub etdi. 1788-ci ildə 6 minlik şah ordusuna müqavimət göstərə bilmədiyi üçün о Rəşti tərk edib, Ənzəliyə çəkilməyə məcbur olur. Murtuzaqulu xan yeni qüvvə toplamaq üçün 1789-cu ildə Şamaxıya gəldi və Rusiyadan yardım istədi. Şirvan və Talış xanlarının və Xəzər dənizinin cənub sahilindəki Rusiya gəmilərinin yardımı ilə 1790-cı ildə о, yenə də Rəşti aldı. Ağaməhəmməd xanla 8 illik mübarizədən sonra üçüncü dəfə Rəşt hakimiyyətini əldə edən Murtuzaqulu xanın bu qələbəsi çox davam etmədi. 1791-ci ildə о, düşmənin hücumuna qarşı dura bilmədiyi üçün Rəştdən əl çəkdi və Talış xanı Mir Mustafa xana sığındı. Talış qoşunlarının yardımı ilə Murutuzaqulu xan onu təqib edən 12 minlik İran qoşununa böyük tələfat verib, geri çəkilməyə məcbur etdi. Lakin о, bir daha İrana qayıda bilmədi.

Bir müddət (1791–1800) Salyanda, Talışda, Həştərxanda, Qızlarda və Peterburqda yaşadı. Murtuzaqulu xan Rusiya dövlətindən yardım almaq üçün danışıqlar apardı. İranda hakimiyyətə keçdiyi təqdirdə Rusiya dövləti mənafeyinə xidmət edəcəyini vəd etdisə də, Rusiya-İran münasibətlərini gərginləşdirmək istəməyən Rusiya dövləti ona açıq yardım etməkdən çəkindi. Rusiyadan ayda min manat maaş alan Murtuzaqulu xan 1796-cı ilin iyun ayında Valerian Zubovun İran səfərində iştirak etmək məqsədilə Peterburqdan Həştərxana və Sarı adası yolu ilə Kür qırağına gəldi. Lakin öz arzusuna nail ola bilmədi.

Murtuzaqulu xan 1800-cü il оktyabr ayının 18-də vəfat etdi.

Ailəsi

redaktə

Murtuzaqulu xanın Mehrəli xan, Məhəmmədhüseyn xan adlı oğulları, Xeyrənnisə xanım, Gülpəri Sara xanım adlı qızları vardı.

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Həmçinin bax

redaktə
  • Cəfərqulu xan Qacar

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Murtuzaqulu_xan_Qacar&oldid=8121998"
LOVE.AZ