. Love.az

Mustafabeyli - Wikipedia - Love.az

Ana Səhifə - Mustafabeyli

Mustafabəyli (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir.[1] 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Mustafabəyli kəndi Qıraqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mustafabəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Mustafabəyli
39°57′33″ şm. e. 48°24′55″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Mustafabəyli xəritədə
Mustafabəyli
Mustafabəyli

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 Din
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Toponimikası

redaktə

Yaşayış məntəqəsi XIX əsrin sonlarında Mustafa bəy adlı biri­sinə mənsub ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Kollektivləşmə illərində kəndin adı V.İ.Leninin şərəfinə Leninkənd adlandırılmış, 1992-ci ildə isə keçmiş adı ilə rəsmiləşdirilmişdir.[3]

Əhalisi

redaktə

Əhalisinin sayı 2224 nəfərdir.[4]

Din

redaktə

Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
  3. ↑ Mustafabəyli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 262. ISBN 978-9952-34-156-0.
  4. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  5. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Həmçinin bax

redaktə
Saatlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mustafabəyli&oldid=8143748"
LOVE.AZ