Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1945, Qıraq Kəsəmən, Ağstafa rayonu – 15 oktyabr 2003, Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982).
Nüsrət Kəsəmənli | |
---|---|
![]() | |
Doğum tarixi | 29 dekabr 1945(1945-12-29) |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 2003(2003-10-15) (57 yaşında) |
Vəfat yeri | |
Uşaqları |
Rəşad Kəsəmənli Araz Kəsəmənli |
Təhsili |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Bakı Dövlət Universiteti |
Fəaliyyəti |
şair publisist |
Mükafatları |
![]() |
Nüsrət Kəsəmənli 29 dekabr 1945-ci ildə Ağstafa rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978–1985).
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981–1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən). 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.
Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.
Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınmışdır və bir çox mahnılara şeirlər yazmışdır. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açmışdır.
1. Sevirsənsə, B., 1971;
2. Gözlərimin qarası, B., 1975;
3. Özümə bənzədiyim günlər, 1979;
4. Gümüş yuxular, B., 1981;
5. Təklikdə danışaq, B., 1983.