. Love.az

Nuydi - Wikipedia - Love.az

Ana Səhifə - Nuydi

Nüydi — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Nüydi
40°31′48″ şm. e. 48°38′12″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 750 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Nüydi xəritədə
Nüydi
Nüydi

Tarixi

redaktə

Şamaxı r-nunun Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Kənd əhalisi 711 nəfərdir ki, onun da 336 nəfərini kişi, 375 nəfərini isə qadınlar təşkil edir. 113 təsərrüfatı var. 19-cu əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Nüydi 1-ci kəndi (13 ailə, 97 nəfər), Şamaxı qəzasının Qəbiristan sahəsində Nüydi 2-ci kəndi (49 ailə, 329 nəfər) qeydə alınmışdır. Qoşun sahəsində qeydə alınan Nüydü kəndi Ağsu rayonundakı eyniadlı kənd, Qəbiristan sahəsindəki isə müasir Şamaxı rayonundakı Nüydi kəndidir. Kəndin adı tat dilindəki nüy (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Yaşayış məntəqələri köhnə kənd yerlərinin yaxınlığında olduğu üçün belə adlandırılmışdır.[1][2]

İstinadlar

redaktə
  1. ↑ “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 140
  2. ↑ N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.150
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nüydi&oldid=8025145"
LOVE.AZ