. Love.az

Nuzhe - Wikipedia - Love.az

Ana Səhifə - Nuzhe

Nüzhə (ənnüzhət) – Səfiəddin Urməvinin icad etdiyi simli musiqi alət. Müəllifin öz deməsinə görə, səntur, qanun və çəngin birləşməsindən əmələ gəlib.

Nüzhə

Mündəricat

  • 1 Söz açımı
  • 2 Tarixçə
  • 3 Quruluşu
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Söz açımı

redaktə

"Nüzhə", "ənnüzhət" sözləri ərəbcə "əyləncə", "könül oxşama" deməkdir [1]. Bu da alətin səs tembri ilə bağlıdır.

Tarixçə

redaktə

Orta əsrlərdə geniş yayılan bu alət təqribən XVI əsrdən sonra unudulmağa başlayıb. Arxivlərdə aparılan araşdırmalar sonucunda aləti bərpası mümkün olub.

Quruluşu

redaktə

Quruluşca səntura bənzəyir və səntur kimi xromatikdir. Uzun dördbucaqlı şəklindədir, 81 simi vardır. Bu simlərdən hər üçünün eyni ucalıqda (unison) köklənmiş olduğunu nəzərə alsaq, nüzhə musiqi alətində 27 müxtəlif səs əldə edildiyi məlum olar.[2]

İstinadlar

redaktə
  1. ↑ "Türk Dil Kurumu. Büyük Türkçe Sözlük - Nüzhet". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.
  2. ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Nüzhə". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.

Xarici keçidlər

redaktə
  • Günel Adıgözəlova - Nüzhə ("Çələng" verilişi)
  • Günel Adıgözəlovanın nüzhədə ifası bəstə: Səfiəddin Urməvi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nüzhə&oldid=7092257"
LOVE.AZ