Nəbahat Çehrə (türk. Nebahat Çehre; 15 mart 1944, Samsun) — məşhur Türkiyə aktrisası[2]
Nəbahat Çehrə | |
---|---|
![]() | |
Doğum tarixi | 15 mart 1944(1944-03-15) (81 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, televiziya aktrisası, müğənni, model[d] |
Fəaliyyət illəri | 1959-cu ildən |
IMDb | ID0959872 |
![]() |
Nəbahat Çehrə 15 mart 1944-cü ildə Samsunda dörd uşaqlı bir ailədə dünyaya gəlib. Ailənin yeganə qızı olan Çehrə ana tərəfdən gürcü, ata tərəfdən laz mənşəlidir. Beş yaşında ikən ailəsi İstanbula köçən Çehrə 15 yaşında "Türkiyə gözəli" seçilmişdir. 1961-ci ildə "Yaban gülüm" filmi ilə ilk dəfə səhnəyə qədəm qoydu. 1964-cü ildə Yılmaz Güneylə tanış olub "Kamalı Zeybək" filmində çəkildi və 30 yanvar 1967-ci ildə Yılmaz Güneylə ailə həyatı qurdu. "Ölkə məsələlərindən həyata baxışına qədər hər mövzuda məlumat əldə etməsində Yılmaz Güneyin böyük rolu oldu. O zamanlar ayaqları üzərində dura bilməyən gənc qız, yəni mən işin ciddiyyətini Yılmazdan öyrəndim" deyən Nəbahat Çehrə Güneyin təcrübəsindən çox şey öyrəndiyini bildirmişdir. Bir müddət kinodan uzaq qalan Çehrə, Güneydən boşandıqdan sonra yenidən səhnəyə qayıdır. Nəbahat Çehrənin "Büklüm büklüm" adlı mahnısı məşhurdur. Bəstəsi Sezen Aksuya aid olan bu mahnı haqqında Çehrə "1980-ci illərdə hörmətli Sezen Aksuya aid olan mahnını səsləndirdim. Hazırladığım albom və oxuduğum mahnı birinci yerə yüksəldi" demişdir.[3][4]