Nəbi Hacıbala oğlu Hüseynov (9 iyul 1992, Birinci Şıxlı, Qazax rayonu – 9 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Nəbi Hüseynov | |
---|---|
Hüseynov Nəbi Hacıbala oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Birinci Şıxlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Hadrut, Xocavənd rayonu, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rütbəsi | |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Hadrut döyüşləri • Cəbrayılın azad edilməsi |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() |
Nəbi 1992-ci il iyulun 8-də Qazaxın Birinci Şıxlı kəndində anadan olub. Uşaqlığı elə, həmin kənddə keçib. Yaxınları deyir ki, çox mehriban, hər bir şəraitə tez uyğunlaşan uşaq olub. 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilini davam etdirir. Hərbi təhsilini bitirdikdən sonra orduda xidmətə başlayır.
Nəbi Hüseynov, "Aprel döyüşləri" zamanı Qusarda "N" saylı hərbi hissədə topçu komandiri idi və döyüşlərə də elə, topçu kimi qatılır. Döyüşlərdə ərazi bütövlüyümüzün təmin olunmasında yaxından iştirak edir. Döyüşlərdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qatılmaq üçün kurslarda iştirak edir və yüksək dəqiqliklə bitirərərək, kəşfiyyatçı kimi xidmətə başlayır. Daha sonra isə baş kəşfiyyatçı olur. XTQ-nin "N" saylı hərbi hissəsində qrup komandiri, Koordinat üzrə mütəxəssis idi.
"İkinci Qarabağ müharibəsi" başlayanda, əvvəlcə Murovdağ istiqamətində döyüşlərdə iştirak edərək, düşmənə çox sayda itkilər verir. Daha sonra isə Hadrut istiqamətində döyüşlərə qatılır. Oktyabrın 9-da elə, Hadrut istiqamətində şəhid olur.