. Love.az

Necefqulu Xan Dunbili - Wikipedia - Love.az

Ana Səhifə - Necefqulu Xan Dunbili
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Nəcəfqulu xan.

Nəcəfqulu хаn Şahbaz bəy oğlu Dünbili (Xoy – 1784, Təbriz) — Təbriz hakimi.

Nəcəfqulu xan Dünbili
fars. نجفقلی خان دنبلی‎
Təbriz xanı
1747/1769 – 1785
ƏvvəlkiFətəli xan Əfşar
SonrakıXudadad xan Dünbili
Şəxsi məlumatlar
Doğum tarixi 1713
Doğum yeri Xoy, Təbriz bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi 1784
Vəfat yeri Təbriz
Dəfn yeri Kərbəla
Atası Şahbaz bəy
Uşaqları Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy
Ailəsi Əfşarlar sülaləsi
Dini İslam, şiə

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Nəcəfqulu хаn Şahbaz bəy oğlu Xoy vilayətinin Qotur mahalında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xoy xanlığının sərkərdəsi idi.

Fətəli xan Avşar 1757-ci ildə Azərbaycana qayıtdıqdan sonra ölkənin vəziyyətini nizama salmaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, xəyanət edib onu tərk edən Azad xan Əfqanın yerinə Nəcəfqulu xan Dünbilini öz qoşununa sərdar təyin etdi[1]. Bundan əlavə,Təbrizin idarə edilməsi işini yenə də ona tapşırdı.

Nəcəfqulu xan Dünbüli 1784-cü ildə vəfat edib.

Ailəsi

redaktə

Nəcəfqulu xanın Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy adlı oğlanları vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı: Mütərcim, 2015.
  • Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları,Bakı: Mütərcim, 2015, 288 səh. ISBN 978-9952-28-223-8

Həmçinin bax

redaktə
  • Dünbililər
  • Təbriz xanlığı

İstinadlar

redaktə
  1. ↑ Əbdürrəzzaq Dünbili, Təcrübət-ül əhrar və təsliyyət-ül-əbrar, səh. 31
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəcəfqulu_xan_Dünbili&oldid=7357805"
LOVE.AZ