. Love.az

Nefesli Musiqi Aletleri - Wikipedia - Love.az

Ana Səhifə - Nefesli Musiqi Aletleri
Bu adın digər istifadə formaları üçün bax: Nəfəs (dəqiqləşdirmə).

Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur[1].

Erke

Mündəricat

  • 1 Növləri
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Növləri

redaktə

Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür:

  • Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s.
  • Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s.

Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəsli musiqi alətləri ifa tərzinə görə müxtəlifdir:

  • Müştüklü: zurna, balaban.
  • Müştüksüz: ney, tütək, yan tütək.
  • Körüklü (dərili): tulum,

Quruluşuna görə növləri:

  • dəlikli alətlər,
  • qamış dilçəkli alətlər,
  • müştüklü alətlər.

İstinadlar

redaktə
  1. ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti — Nəfəsli musiqi alətləri". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-04.

Mənbə

redaktə
  • Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 225. ISBN 978-9952-34-152-2

Həmçinin bax

redaktə
  • Orkestr
  • Marş
  • Zərb musiqi alətləri
  • Simli musiqi alətləri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəfəs_musiqi_alətləri&oldid=7541232"
LOVE.AZ