. Love.az

Nehecir Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Nehecir Dagi
Bu adın digər istifadə formaları üçün bax: Nəhəcir.

Nəhəcir dağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd. 1807,5 m). Naxçıvan çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında sıldırım yamaclı zirvə. Tirəni eninə kəsən Qahabçayla Nəhəcirçayın suayrıcısında, Nəhəcir kəndindən 1,5 km şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Onun şimal və cənub yamacları sıldırımdır, şimal-şərq tərəfdən zirvəsinin səthi isə yayla (plato) formalıdır. Dağın üstündə Nəhəcir qalasının xarabalıgı aydın görünür. Burada həmçinin "Naxışnərgiz" mağarası yerləşir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentini cənub-qərbdən hüdudlandıran Naxçıvan dərinlik qırılmasının şimal-şərq asılı qanadında yerləşir. [1]

Nəhəcir dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Zəngəzur dağları
Mütləq hündürlüyü 1807,5 m
Yerləşməsi
39°16′01″ şm. e. 45°35′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Culfa rayonu
Nəhəcir dağı xəritədə
Nəhəcir dağı
Nəhəcir dağı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax:

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəhəcir_dağı&oldid=6700009"
LOVE.AZ