. Love.az

Nergiz Mifologiya - Wikipedia - Love.az

Ana Səhifə - Nergiz Mifologiya
Bu məqalə yunan mifologiyasında çay tanrıçası haqqındadır. Digər mənalar üçün Nərgiz (dəqiqləşdirmə) səhifəsinə baxın.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.


Nərgiz, Narçis (yun. Νάρκισσος mənası "qürurlu", "özündənrazı") yunan mifologiyasında çay tanrısı Kefisin oğlu [1] [2].

Nərgiz
q.yun. Νάρκισσος
Mifologiya qədim yunan mifologiyası
Cinsi kişi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Exo və Nərgiz
  • 2 Mənbə
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Exo və Nərgiz

redaktə

Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Tiresiy ona öz əksini görməzsə çox yaşayacağını vəd etmişdir. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo onaltı yaşlı Nərgizi ov edərkən görmüş və ona aşiq olmuşdur. Exo danışa bilmədiyindən eşqini ona aça bilməmişdir.

 

Dialoq:
(Məzmununun tərcüməsi)
Nərgiz:-Burda kimsə var?
Exo:-Var.
Nərgiz:-Sən kimsən?
Exo:-Kimsən?
Nərgiz:-Bura gəl!
Exo:-Gəl!
Nərgiz:-Səni görmək olar?
Exo:-Olar.
Nərgiz:-Səni görmək istəyirəm!
Exo:-İstəyirəm!

Bu zaman öz füsünkar gözəlliyi ilə Exo Nərgizin boynuna sarilır. Exonun ona vurulmasını duyan Nərgiz soyuqqanlıqla ondan imtina edərək onu qovmuşdur.

Nərgiz:Sarsaqlama!
Exo:Sarsaqlama!
deyib və qaçıb gizlənmiş, pərt olmasından utanaraq göz yaşları tökmüşdür.

Məhəbbət və gözəllik ilahəsi Afrodita bu lovğalığa görə Nərgizi cəzalandırmağı qərar verir. Bir dəfə meşədə dolaşan Nərgiz bərk susayaraq su içmək üçün bir gölməçəyə yaxınlaşaraq orada öz əksini görür. Bu zaman Erot onun qəlbini öz oxu ilə yaralayır. Qarşısında kim olduğunu anlamayan Nərgiz öz əksinə aşiq olur. Hər dəfə əyilib onun dodaqlarından öpmək istəyərkən əksi təkrar-təkrar yoxa çıxarmış. Məhəbbətin nə olduğunu bilməyən Nərgiz artıq öz-özünə, əksinə vurulur və ondan heç vəclə ayrıla bilmir və gölməçə qırağında eşq dərdindən məhv olur. Yerində isə çiçəklər bitmiş olur.

Mənbə

redaktə
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

İstinadlar

redaktə
  1. ↑ "The myth of Narcissus". 2 August 2009.
  2. ↑ Nonnus, Dionysiaca 48.581 ff.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nərgiz_(mifologiya)&oldid=8136067"
LOVE.AZ