Nərgiz Əliyeva (d. 25 noyabr 1952, Bakı) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri.[1]
Nərgiz Əliyeva | |
---|---|
Nərgiz Ağasəlim qızı Əliyeva | |
Doğum tarixi | (72 yaş) |
Doğum yeri |
Bakı, ![]() |
Vətəndaşlığı |
![]() |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
İş yeri | Milli Azərbaycan Tarixi Muzeyi |
Təhsili | |
Mükafatları |
Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı![]() |
![]() |
Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur.Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuşdur.
1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun böyük laborantı vəzifəsindən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir [2]. N. Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor təqdimatlarının hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi nəşri olan toplusunun redaksiya heyətinin də üzvüdür[3]. N. Əliyeva 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur.[4] Nərgiz Əliyeva 12 monoqrafiya, kitab, kitab-albom və 200-ə yaxın elmi məqalənin müəllifidir. Azərbaycanda və xaricdə (London, Moskva, Sankt-Peterburq, Milan, Mahaçqala, Tbilisi, Dəməşq, Karşi, Luqansk, Almatı, Astana, Konya, Bolu, Samsun, Ufa, Kazan, Varşava, Dehli, Bişkek, Daşkənd,Vitebsk və s.) elmi əsərlər dərc etdirməklə yanaşı 60-a yaxın simpozium və konfranslarda da maraqlı məruzələrlə çıxış etmişdir. Onun 22–26 fevral 2009-cu ildə Dəməşq Universitetində keçirilən beynəlxalq elmi konfransda "Orta əsrlərdə Azərbaycan və Suriya alimlərinin birgə elmi fəaliyyəti" mövzusundakı ərəb dilindəki məruzəsi böyük maraqla qarşılanmışdır. Bu münasibətlə ona konfransın rəyasət heyəti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına ünvanlanmış təşəkkür diplomu da göndərilmişdir.
Nərgiz Əliyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının sədr müavini və AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində Dissertasiya Şurasının üzvüdür[5]. Nərgiz Əliyeva Hindistanın Dehli şəhərində Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Hindistanın Jamia Millia İslamia Universiteti və Türkiyənin Selçuk Universitetinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumunda "Orta əsrlərdə Azərbaycanda zərdüştilər" adlı məruzə ilə çıxış etmişdir.[6]
Nərgiz Əliyeva tərəfindən İslamın və islam mədəniyyətinin yayılmasında rol oynamış, ölkənin mədəni quruculuğunda yaxından iştirak etmiş mədəniyyət daşıyıcıları-ziyalılar haqqında milli tarixşünaslıqda bu günə məlum olmayan informasiya üzə çıxarılmış, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq XI–XIII əsrlər ərəbdilli bioqrafik ədəbiyyat öyrənilmiş, Azərbaycanda islam mədəniyyətinin yayılması və inkişafı prosesi izlənərək, İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan şəhərlərinin mövqeyi və elmi mühiti tədqiq edilmişdir. Akademiklərdən V. Məmmədəliyev[7], T. Bünyadov[8], prof. Əli Rəcəbli [7] , tarix elmləri doktorları T. Dostiyev, S. Əliyeva, X. Qasımov və digər alimlərin ərsəyə gətirdiyi monoqrafiyaları təhlil edərək yazdıqları resenziyalarda tədqiqatları yüksək dəyərləndirmişlər. Hazırda Nərgiz Əliyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri vəzifəsində çalışır. 2022-ci N. Əliyevanın 70 illik yubileyi AMEA-da qeyd edilib[9]
1. Camulla Mürşüd. Mənim Qəşədim. B.,“Qorqud” nəşriyyatı, 1999,s.14-15.
2. Canalı Mirzəliyev. Gözəl Ağsu. B., “Gənclik” nəşriyyatı,2003,s.227
3. Mirvari Xəlilzadə. Müasir Azərbaycanın fədakar qadınları. B.,“Bayramoğlu”,2008,s.26.
4. Allahverdi Mehdiyev. Mədəniyyətimizin tarixinə dair dəyərli tədqiqat."Azərbaycan",2011.
5. Akademik Teymur Bünyadov. Azərbaycanın orta əsrlər dövrünə aid yeni tədqiqat. 525- ci qəzet. 11 noyabr 2015-ci il, çərşənbə,№ 206 (4461), səh.6.
6. Akademik Vasim Məmmədəliyev. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi-tədris fəaliyyəti. "Azərbaycan" qəzeti. № 265(7119), 2 dekabr 2015, s. 10.
7. Prof.Əli Rəcəbli . Orta əsrlərdə Azərbaycan ziyalı təbəqəsi və elmi mühiti haqqında yeni araşdırma. "Azərbaycan" qəzeti. 7 noyabr 2015, səh. 11.
8. Orta əsrlərin elmi-mədəni mühitini araşdıran kitab. "Elm" qəzeti , № 18(1135), 2015, s. 5
9. Maraqlı kitab. "Elm" qəzeti , № 19 (113), 2015, s. 5.
10. Elmin Nəbiyev. Güc birlikdə və bilikdədir.Ziyalımızı tanıyaq.Bakı, Şirvannəşr, 2016,s. 247-349.
11. S.Nemətzadə. Azərbaycanlı alimin orta əsr bioqrafik mənbələrinə dair dəyərli tədqiqatı. “Bakı Xəbər” qəzeti, 18 iyul 2017-ci il, s. 15.
12. Prof. Tarix Dostiyev. Azərbaycan mədəniyyəti tarixinə sanballı töhfə. Azərbaycan Milli Elmlər Akademi6yasını Xəbərlər məcmuəsi.Elmi-ictimai jurnal.Cild 5, № 3,sentyabr, 2018, s.55-58.
13. R.Ə.Ağayev.Mədəniyyət tariximizə dair samballı əsər.Milli Azərbaycan Tarixi Muzeyi- 2018,Toplu, Bakı, “Elm” nəşriyyatı, 2018, s.316-319.
Vikikitabda Nərgiz Əliyeva/Biblioqrafiya mövzusuna dair mətn var. |