. Love.az

Nergiz Abdullayeva - Wikipedia - Love.az

Ana Səhifə - Nergiz Abdullayeva

Abdullayeva Nərgiz Cavad qızı — AMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru (2012), professor.

Nərgiz Abdullayeva
Nərgiz Cavad qızı Abdullayeva
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi memarlıq
Elmi dərəcəsi memarlıq doktoru
Elmi adı professor
İş yeri AMİU Memarlıq fakültəsi Dizayn kafedrası
Təhsili AİMİ

Həyatı

redaktə

Nərgiz Abdullayeva 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1978–1982-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində işə başlayıb. 1986–88-ci illərdə həmin institutun aspiranturasının əyani şöbəsində oxuyub. 1989-cu ildən Memarlıq-kompozisiyası kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib. 1990-cı ildə "XIX əsrin axırı XX əsrin əvvəllərində Bakı neft rayonunun sənaye-memarlığının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və memarlıq namizədi elmi dərəcəsi alıb. 1992-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2001-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn kafedrasının müdiri vəzifəsində çalışır. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib. 2010-cu ildən Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət üzrə Problem Şurasının sədr müavini kimi fəaliyyət göstərir. 2012-ci ildə "Azərbaycan memarlığında mühəndis qurğularının rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və elmlər doktoru elmi dərəcəsi alıb.[1]2017-ci ildə Beynəlxalq Memarlar Akademiyasına (MAAM) professor, 2020-ci ildən müxbir üzv seçilib.[2][3]

84-dən çox elmi və metodik əsərin müəllifidir. Onlardan: 3-sü monoqrafiya, 1-i dərslik, 4-ü dərs vəsaiti və 6-i fənn proqramıdır.[2]

Təltifləri

redaktə
  • 2006-cı ildə universitetin 30 illik yubileyi ilə əlaqədar olaraq "Qabaqcıl təhsil işçisi "döş nişanı ilə mükafatlandırılıb.
  • 2012-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar memar" fəxri adı ilə təltif olunub.[4]

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-12.
  2. ↑ 1 2 https://azmiu.edu.az/upload/ckeditor/848014412.pdf
  3. ↑ "Arxivlənmiş surət". 2011-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-29.
  4. ↑ "Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar memar" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-04-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nərgiz_Abdullayeva&oldid=8007717"
LOVE.AZ