Nərgiz Məhəmmədi (fars. نرگس محمدی; 21 aprel 1972[2], Zəncan, Pəhləvilər İranı[d]) — iranlı hüquq müdafiəçisi və alimidir. O, Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin rəhbərlik etdiyi İnsan Haqlarının Müdafiəçiləri Mərkəzinin (İHM) vitse-prezidentidir.[4] O, İranda hicaba itaətsizlik etməklə kütləvi feminist vətəndaş itaətsizliyinin səsli tərəfdarıdır və 2023-cü ilin hicab və iffət proqramının kəskin tənqidçisidir. 2016-cı ilin mayında o, Tehranda "ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı" yaratdığına və idarə etdiyinə görə 16 il həbs cəzasına məhkum edildi. 2020-ci ildə azad edildi, lakin 2021-ci ildə yenidən həbsxanaya göndərildi.
Nərgiz Məhəmmədi | |
---|---|
fars. نرگس محمدی | |
![]() | |
Doğum tarixi | 21 aprel 1972(1972-04-21)[2] (53 yaş) |
Doğum yeri | |
Uşağı | 2[3] |
Elm sahəsi | aktivizm[1] |
Təhsili | |
Mükafatları |
![]() |
![]() |
Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının "Cəsarət" mükafatı verilib. O, 2023-cü ilin yanvarında "Olof Palme" mükafatına layiq görülüb. 2023-cü il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına "Dünya Mətbuat Azadlığı" mükafatına layiq görülüblər. Nərgiz Məhəmmədi 2023-cü ildə Nobel Sülh Mükafatı laureatı olub.