Nəriman Səttar oğlu Şıxəliyev (14 oktyabr 1934, Bakı – 3 fevral 2022, Bakı) — Azərbaycan operatoru, rejissor, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981).
Nəriman Şıxəliyev | |
---|---|
![]() | |
Doğum tarixi | 14 oktyabr 1934(1934-10-14) |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 2022(2022-02-03) (87 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | kino operator |
Mükafatları | |
IMDb | ID4129014 |
Nəriman Məşədi Səttar oğlu Şıxəliyev 1934-cü ilin 14 oktyabrında Bakıda anadan olmuşdur.
1956-cı ildən Azərbaycan Dövlət Televiziya Komitəsi yaranan gündən burada kinooperator kimi fəaliyyət göstərmişdir. Uzun illər Ekran yaradıcılıq birliyində çoxlu televiziya filmləri çəkmişdir. Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev bu gün də doğma televiziyada fəaliyyətini davam etdirir. O, Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvüdür.
Əmək veteranı olan Nəriman Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 30 dekabr 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 4 noyabr 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülmüşdür.